Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5911
az

Həbib Nurməhəmmədova sponsorluq edən azərbaycanlı biznesmen kimdir? - FOTO

13:4508 Oktyabr, 2018
1646
  • A
Ötən gün ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulunu qazanan Həbib Nurməhəmmədovun baş sponsorunun kimliyi bilinib.

Yenicag.ru-nun məlumatına görə, sözügedən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovun baş sponsoru Rusiyada yaşayan azərbaycanlı milyarder, Sankt-Peterburq vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı İdarə Heyəti Şurasının sədri Vaqif Məmişovdur.

Qeyd edilir ki, Məmişovun özü əvvəllər idmanla məşğul olub və hazırda müxtəlif idman klublarını, həmçinin perspektivli idmançıları maliyyələşdirir. Məmişov dəfələrlə titullu döyüşçülərin, o cümlədən Zabit Səmədov, Yemelyanenko və digərlərinin iştirakı ilə miqyaslı turnirlər təşkil edib.

Məmişova yaxın çevrələrin bildirdiyinə görə, oliqarxın şirkəti Nurməhəmmədovun məşq etdiyi idman klubuna maliyyə yardımı göstərib. Eyni zamanda, oliqarx Rusiyada və başqa ölkələrdə Həbibin döyüşlərinin təşkilinə maddi dəstək verib.

Nurməhəmmədov paylaşdığı fotoşəkillərin birində üzərində MAMISHEV yazılmış futbolka geyinib. Məmişovun dostları isə bildirirlər ki, oliqarx özünün sponsorluq və xeyriyyəçilik fəaliyyətinin işıqlandırılmasını istəmir. O, bu işləri şöhrət yox, idmana yönəlik marağına görə edir.



Bioqrafiq arayış

Əslən Gürcüstandan olan Vaqif Məmişov hərbi xidmət keçdiyi və təhsil aldığı Leninqrada 1983-cü ildə gəlib. Təhsilini bitirdikdən sonra 15 il Leninqrad Mexanika Zavodunda işləyib.

Məmişov 1990-cı illərin əvvəllərində yenidən qurulan “Avtoarmatura” ASC Direktorlar Şurasının sədri olub.

1990-cı illərin sonlarında qardaşları Vasif və Asiflə birlikdə “Konrad” Şirkətlər Qrupunu yaradan Məmişov özünün bütün aktivlərini ora keçirib. O, Rusiyanın şimal paytaxtında azərbaycanlıların böyük diaspora təşkilatını qurub və hazırda onun rəhbəridir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayden Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirdi
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO