Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5543
az

Trampın BMT-dəki bu çıxışına dünya liderləri güldü - “Bunu gözləmirdim” +Video

11:4826 Sentyabr, 2018
1367
  • A
 Dünən BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Donald Tramp gözlənilməz reaksiya ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, idarəçiliyi dövründə ABŞ-ın tarixinin ən böyük nailiyyətlərini yaşadığını deyən Trampın bu sözlərinə zaldakı dünya liderləri ucadan gülüblər. Gülüş səslərini eşidən Tramp “belə reaksiya gözləmirdim, lakin problem yoxdur” deyə qarşılıq verib.

Tramp çıxışı zamanı kəskin açıqlamaları ilə diqqət çəkib. Qlobalizmin dəyərlərini inkar edən ABŞ liderinin çıxışını şərh edən “New Yorker” qeyd edib ki, bu çıxış “Ağ Evlə dünya arasındakı artan uçurumu” göstərdi.

“Biz qlobalizm ideologiyasını rədd edir və patriotluq ideologiyasını qəbul edirik” deyə Tramp bəyan edib. Ağ Ev rəhbəri BMT tribunasından ABŞ-ın düşmənlərini tənqid etmək üçün də istifadə edib. KXDR-i və onun lideri Kim Çen Inı tərifləyən Tramp Venesuelanı sərt tənqid edib: “Biz bura toplaşan bütün ölkələrdən Venesuelada demokratiyanın bərpa edilməsi ilə bağlı çağırışımıza qoşulmağı xahiş edirik”.

Tramp eyni zamanda, bildirib ki, Tehran öz siyasətini dəyişəcəyi təqdirdə İran rəhbərliyi ilə görüşməyə hazırdır: “Bu, baş verəcək. Hesab edirəm ki, onların seçimi yoxdur. Biz İranla yaxşı əlaqələr qurmaq istəyirik, lakin bu, indi baş verməyəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Biabırçılıq! Futbolçu  cinsiyyət  orqanını  tamaşaçılara  göstərdi
Trampın BMT-dəki bu çıxışına dünya liderləri güldü - “Bunu gözləmirdim” +Video
Transseksuallar polisə hücum çəkdilər - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur