Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5514
az

Ermənilərin Naxçıvanla bağlı ŞOK PLANI: işğal üçün İngiltərə kraliçasından KÖMƏK İSTƏDİLƏR

13:5425 Sentyabr, 2018
973
  • A
İşğalçı Ermənistanın Azərbaycanın qədim diyarı Naxçıvana da iddialarının olduğu məlumdur. Xüsusilə populist Paşinyanın hakimiyyətə gəlişindən sonra işğalçı ölkədə “Naxçıvana hücum edək”, “Bu əraziləri ələ keçirək” çağırışları tez-tez səsləndirilir.

Publika.az xəbər verir ki, Ermənistan bu dəfə bir az da irəli gedərək, Naxçıvanın işğalı üçün İngiltərə kraliçası II Yelizavetadan kömək istəyib.

Erməniləri buna ruhlandıran məsələ kraliçanın müstəqillik günü münasibətilə Paşinyana göndərdiyi təbrik məktubu olub.

Kraliça məktubunda Ermənistanla İngiltərənin münasibətlərinə toxunub qeyd edib ki, “Bizim ölkələrimiz arasında sıx tarixi əlaqələr var və mən gözləyirəm ki, dostluğumuz və əməkdaşlığımız davam edəcək”.

Kraliçanın təbrikində Naxçıvan haqqında bəhs olunmur, dedikləri sözlər də daha çox təbrik protokolunda istifadə olunan ifadələrdir. Lakin ermənilər bu təbriki özlərinə məxsus formada şərh edərək, kraliçanın Naxçıvanı xatırladığını iddia edirlər.

“Ermənistan ərazisi 1921-ci ildə Türkiyə və Rusiya arasında bölünüb, bu müqavilənin 100 illiyi 2021-ci ildə başa çatacaq. I Dünya müharibəsi zamanı İngiltərə ilə ermənilər arasında çox yaxşı əlaqələr var idi. Həmin ərəfədə Naxçıvan bizim idi, sonradan onu Azərbaycan aldı. Kraliça həmin dövrü yada salmaqla Naxçıvana işarə edir”, - deyə Ermənistan mediası absurd şəkildə iddia edir.

Bu, olduqca gülməli səslənir, lakin qarşı tərəfdə ermənilərin olduğunu düşünəndə onlardan istənilən təxribatı gözləmək mümkündür. Təsadüfi deyil ki, kraliçanın təbrikini şərh edən Ermənistan mediası Naxçıvanın işğalında İngiltərənin onlara kömək etməli olduğunu yazırlar.

“Çünki ermənilər I Dünya müharibəsində ingilislərə kömək edirdi, indi də onlar bizə kömək etməlidir”, - deyə erməni jurnalistlər yazırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur