Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5490
az

SON DƏQİQƏ: O kəndə hücum etdilər, 7 ölü var, evlər yanır...

19:4324 Sentyabr, 2018
1795
  • A
Oxu24.com Terror təşkilatı PKK/YPG-nin Suriyada işğal etdiyi ərazilərdə gəncləri zorla terror qruplaşmasına qatma cəhdləri qanlı qarşıdurmaya çevirilib.

Anadolu Agentliyi xəbər verir ki, PKK/YPG-nin işğal etdiyi Rakka rayonunun qərbindəki əl-Hatuniyyə kəndindəki gəncləri zorla terror qruplaşmasına qatma cəhdi də qanlı savaşla nəticələnib.

Əhalisi ərəb olan əl-Hatuniyyə kəndinin sakinləri gəncləri terror təşkilatına təslim etmədikləri üçün, PKK terrorçuları kəndə hücum çəkiblər. Bundan qəzəblənən kənd sakinləri PKK/YPG-nin binasına hücum edərək terrorçulara məxsus 3 avtomobili atəşə veriblər.

Hadisənin böyüməsinin ardından 8 min sakinin yaşadığı kəndə çoxlu sayda PKK/YPG-li terrorçu cəlb edilib. Kəndə hücum edən terrorçular 7 mülki vətəndaşı öldürüblər. Bundan başqa, qadın və uşaqlara işgəncə verən terrorçular, bir neçə evi də yandırıblar. Hazırda kənddə qarşıurma davam edir.

Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi PKK/YPG terrorçuları Suriya torpaqlarının 28 faizini işğal edib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO
Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

Çiyələk bu xəstəliyin qarşısını alır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı