Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4856
az

Zəm-zəm quyusu haqqında BİLİNMƏYƏNLƏR - Yapon alimdən İNANILMAZ AÇIQLAMA - FOTOLAR

18:2329 Avqust, 2018
1280
  • A
 Avropa laboratoriyalarında aparılan araşdırmalarda, zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd ehtiva etdiyi müəyyən olunub.

Amerikada aparılan araşdırmalarda isə zəm-zəm suyunun tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su olduğu təsdiqlənib.

Digər sulara nisbətən çox daha qidalandırıcı və mineral maddələrlə zəngin zəm-zəm suyunun quyusu yer üzündəki ən müqəddəs torpaqlarda yerləşir. Məkkə şəhərində, Məscidül-həramın ərazisində yerləşən quyu islam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşir. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. Deyilənə görə, İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım bulaqdan su doldurduqdan sonra onun dayanmasını, qurumamasını istəyərkən bir neçə dəfə "zəm-zəm"(dayan) sözünü təkrarlayıb. Suyun səviyyəsinin azalmamasının məhz bununla əlaqəli olduğu deyilir.

Hər dərdə dəva olan suyun baş ağrısını, qızdırmanı anında kəsdiyi deyilir. Gözün görmə qabiliyyətini bərpa etməyə kömək edir.

Yaponiyalı alim Masaru Emoto zəm-zəm suyunu tədqiq edib. Onun sözlərinə görə, möcüzəli su azan oxunan zaman şəffaflaşır. Bu, onu dünyadakı digər su quyularından ayıran əsas cəhərlərdən biridir. Onun sözlərinə görə, suyun tərkibində xlor yoxdur.

Ren çayının suyundan içən insanın enerjisinin azaldığına dair məlumatların gerçəkliyini yoxlamaq üçün almaniyalı mütəxəssis Knut Pfeiffer maraqlı eksperiment keçirib. O, Ren çayının suyu ilə zəm-zəm quyusunun suyunu müqayisə edib. Renin suyundan içən mütəxəssis həqiqətən də bir neçə dəqiqə sonra özünü halsız hiss edib. Daha sonra bir stəkan zəm-zəm suyunu içən Knut 35 dəqiqə sonra vəziyyətinin normallaşdığını müşahidə edib. Baş verən hadisənin səbəbini izah edə bilməyən alim bunun son dərəcə möcüzəli məqam olduğunu deyib.

Knut özünün maraqlı eksperimenti haqqında yazıb:

"Mən bir qədəh şəbəkə suyuna (adi su) bir neçə damcı zəm-zəm suyu qatdım. Suyun tərkibi dəyişərək zəm-zəm suyuna çevrildi. Möcüzəli suyun qəribə xüsusiyyəti var. Öz tərkibini dəyişməyən su istənilən başqa suları öz tərkibinə qata bilir."

Digər yaponiyalı alim Masaru Emoto isə zəmzəm kristallarını mikroskop altında müşahidə edib. Suyun dəyişkən kristal quruluşa malik olduğunu görən mütəxəssis maraqlı hadisənin şahidi olub. Onun sözlərinə görə kristallar səsə reaksiya verir: "Zəng səsində tündləşən kristallar, Quran oxunanda paklaşır və şəffaf rəng alır".

Yaponiyalı alim Masaru Emoto bildirib ki, zəm-zəm suyun fiziki və kimyəvi xüsusiyyətlər baxımından yer üzündəki bütün sulardan fərqlənir.

Bu suyun yerinin dəyişdirilməsi və satışa çıxarılması ilə bağlı suallar isə cavabsız olaraq qalır. Bir qrup mütəxəssislər, eləcə də din xadimləri zəm-zəm suyunun satılmasında, yaxud yerinin Məkkədən çıxarılaraq dəyişdirilməsində heç bir problem görməsələr də, başqa bir qrup din xadimləri bunun günah olduğunu və belə bir şeyə heç kəsin icazəsinin olmadığını deyir.



 




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO
Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu