Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
293
az

“WhatsApp” istifadəçiləri təhlükə ilə üz-üzə

21:2805 Aprel, 2018
1318
DÜNYA
  • A
"WhatsApp" messencerindəki qrup çatlarının təhlükəli olduğu üzə çıxıb.

Oxu24.com  lent.az-a istinadən xəbər verir ki, Lozannanın Federal Politexnik Məktəbindən Kiran Qarimell və London Kraliça Mariya Universitetindən Qaret Taysonun apardığı araşdırmalar göstərib ki, istənilən şəxs bu bazanı toplaya bilər. Bura istifadəçilərin mobil telefonlarının nömrələri, həmçinin onların çatda bölüşdükləri görüntülər, video və keçidlər daxildir.
 
Böyük Britaniya və İsveçrədən olan araşdırmaçılar istifadəçilərin 46 mindən çox istifadəçinin yarım milyona yaxın məlumatlarını təhlil ediblər. Veb axtarışın köməyi ilə aşkar edilmiş 178 qrup çatından olan məlumatları onlar yarım il ərzində toplayıblar.
 
Araşdırmada qeyd edilir ki, bu məlumatları ancaq bu qrup çatlarına daxil olmaqla əldə etmək mümkündür. Bununla belə, daha əvvəl göndərilən məlumatlara çıxış əldə olunmayacaq.
 
Xatırladaq ki, "WhatsApp" messencerinin istifadəçilərini hazırda "App Store"da yüklənməsi mümkün olan "Chatwatch" tətbiqi vasitəsilə izləmək mümkündür. Bu tətbiq istifadəçinin əlaqə siyahısında olan hansı nömrə ilə yazışdığını, həmçinin istifadəçinin sonuncu dəfə "WhatsApp"a nə zaman daxil olduğu, status və funksiyalara etdiyi dəyişikliklər barədə də öyrənməyə imkan verir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO