Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2036
az

Nüvə silahı “qiyamət günü”nü uzaqlaşdırır? - Sensasion iddia

10:0622 May, 2018
2451
  • A
Dağıdıcı gücünə baxmayaraq, nüvə silahı ölkələr arasındakı münaqişələri məhdud miqyasda saxlamağa imkan verir ki, bu da nüvə bombalarının müəyyən “faydasını” göstərir.

AzVision.az xəbər verir ki, bu fikri Avstraliyanın nüfuzlu "Contra Magazin" nəşrinin analitiki, jurnalist Marko Mayer səsləndirib.

Onun sözlərinə görə, əgər Rusiya və Çin nüvə silahına malik olmasaydı, ABŞ və müttəfiqləri çoxdan bu ölkələrə hücum edərək, müharibəyə başlayardılar.

“Nüvə bombaları olmasaydı, Hindistan və Pakistan bir-birini artıq çoxdan məhv etmişdi. İsrail isə bu silahsız, yəqin ki, mövcud olmazdı”, - deyə Mayer bildirib.

Marko Mayer qeyd edilən faktlara əsaslanaraq vurğulayıb ki, dünyada “hamı üçün nüvə silahı” şüarı səsləndirilməlidir. Belə olarsa, müharibələrin baş vermə ehtimalı minimallaşar: "Bəzi ölkələrin sərhədlərində atışmalar azalar, irimiqyaslı toqquşmalara isə, demək olar ki, rast gəlinməz. Hətta amerikalılar da hansısa ölkəni işğal edə bilməzlər".

Ekspertlərin fikrincə, son illər dünyada nüvə müharibəsinin başlanma təhlükəsi yüksəlib. Belə ki, qlobal nüvə faciəsinədək vaxtı hesablayan simvolik “qiyamət saatı”nın əqrəbləri 23:58-dən 30 saniyə irəli keçib. 1947-ci ildən bu yana tətbiq olunan simvolik saata əsasən, qiyamətin baş vermə anı şərti olaraq gecə saat 12 göstərilir.

Dünyanın sonunu yaxınlaşdıran ən ciddi problemlər isə nüvə silahlarının artması və iqlim dəyişikliyi hesab olunur. Bu vaxtadək dünyanın dağılmasına ən yaxın olduğumuz zamanlara gəlincə, 1953-cü ildə Sovet İttifaqı ilə ABŞ arasındakı gərginlik fonunda qiyamət saatında fəlakətə 2 dəqiqə qalmışdı. Soyuq müharibənin pik həddə çatdığı 1984-cü ildə isə fəlakətin cəmi 3 dəqiqə uzaqlığında idik. İndi isə dünyanın sonuna 30 saniyə də yaxınlaşdıq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı
ABŞ-də TikTok qadağan edildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı