Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1971
az

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu oldu

23:1819 May, 2018
1370
  • A
 “Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.

“Oxu24.com” xəbər verir ki, sonuncu tur ərəfəsində rəqiblərindən üç xal öndə olan “Sarı-qırmızılar”a çempion olmaq üçün səfər matçında heç-heçə də kifayət edirdi. Fatih Terimin komandası rəqibini 1:0 hesabı ilə qalib gələrək 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci pilləsində başa vurub.

Baş hakim Cüneyt Çakırın idarə etdiyi matçın 66-cı dəqiqəsində qonaq komanda hesabı açıb. İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis meydan sahiblərinin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, cari çempionatın bombardirinin Superliqadakı 29-cu qolu olub.

Çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça” klubu “Konyaspor”u 3:2, “Başakşehir” isə “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edib. Dördüncü yerdə qərarlaşan “Beşiktaş” isə “Sivasspor”a 5:1 hesabı ilə qalib gəlib.

Beləliklə, “Fənərbağça” və “Başakşehir” 72 xalla müvafiq olaraq turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşüblər. “Beşiktaş 71 xalla dördüncü, “Trabzonspor” 55 xalla beşinci sırada qərarlaşıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messidən yubiley qolu - Video
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi
21-ci əsrin ən yaxşı futbolçusu seçildi

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət