Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1654
az

Azərbaycana Çernobıldan radiasiyalı günəbaxan tumu gətirilir? – Ekspertlərdən həyəcan təbili

18:4811 May, 2018
1640
  • A
 Azərbaycanda istehlakçılara ildə ən azı 2-3 adda qovrulmuş günəbaxan tumları təqdim olunur.  Marketlərdə ən çox satılan məhsullar içərisində yer alan günəbaxan tumlarının yaxşı gəlir mənbəyi olduğunu bilən bəzi işbazlar məhsulu emaletmək üçün əlavə xammal bazarı axtarışına çıxır. Təbii ki, ölkəmizdə olan günəbaxan istehsalı bu tələbatı ödəyəcək həddə deyil.

Oxu24.com xəbər verir ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və televiziyalarda satışda olan qablaşdırılmış, qovrulmuş günəbaxan tumlarının bir çoxunun Ukraynanın Çernobıl vilayətindən gətirilməsi barədə şayiələr dolaşması barədə materiallar təqdim olunur. İnsanlar radiasiyalı ərazidən daşınan tumların orqanizm üçün ziyanlı olmasını bilir, aldıqları məhsulun radiasiya yükünün yoxlanmasını tələb edir.

Məlumdur ki, Çeynobıla yaxın ərazilərdə belə yetişən bitki, tərəvəz, meyvə və heyvandarlıq məhsulları istifadə oluna bilməz.
Çernobıl radiasiyası insana uzun müddət sonra təsirini göstərməyə başlayır. Xüsusən günəbaxan tumunu xoşlayan uşaqlar təhlükə altındadır.
Azad İstehlakçılar Birliyi onlarda istənilən toxumda olan radiasiyanı ölçmək üçün xüsusi cihazın olduğunu bildirdi. Amma bu cihaz bu vaxta kimi yoxlamalarda istifadə olunmayıb. Birliyin sədri Eyyub Hüseynov açıqlamasında bildirdi ki, quruma günəbaxan toxumları ilə bağlı şikayətlər olunur.

" Çernobılda yetişdirilən günəbaxan bitkisinin tumlarının ölkəyə sahiblarlar tərəfindən idxal olunması mümkündür. Azad bazar şəraitidir, kim nə istəyir gətirir, satır. İlk baxışda normal məhsuldur. Amma çoxlarının ağlına gəlmir ki, onun radiasiyalılığını yoxlasın. Belə tumlar sağlamlıq üçün təhlükəli ola bilər. İstehlakçılar yenə də diqqətli olsun. Qablaşdırılmış tumların üzərində məhsulun mənbəyi haqda məlumat olmur.
 
Məhsulun markalanmasına, saxlanma şəraitinə, müddətinə fikir versinlər. Tumun rəngi, dadında xoşagəlməz nəsə hiss etsələr, onu qəbul etməsinlər. Ümumiyyətlə, düzgün qovrulmamış tumlarda toksiki elementlər, radionuklidlərin miqdarı normadan yüksək olur. Artıq tum istehsalı və satışı müəssisələrinə ciddi nəzarətin vaxtı çatıb”.
 

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri, ekspert Vahid Məhərrəmov ölkəyə həm yağ, həm günəbaxan tumu istehsalı üçün xammal tum idxal olunduğunu bildirərək, bu məsələdə sui-istifadə hallarının qarşısının alınmasının vacibliyini bildirdi: " Çernobıl Yür üzünün cəhənnəmidir. Ora yaxın ərazilərdə yaşayan əhali özü belə orda yetişən məhsulu yemir, ümumiyyətlə orda məhsul yetişdirmək qadağandır. Çernobılda yetişən məhsulu idxal etmək, emal edib satmaq cinayətdir. Ölkəyə daxil olan günəbaxan tumunun hansı regiondan gəlməsi nəzərə alınmalıdır. Toxumlarda radiasiya dərəcəsi yoxlanılmalı, bunun üçün xüsusi cihazlar istifadə olunmalıdır. Ola bilər ki, Çernobıldan yetişdirilib, ucuz satılan məhsulu alan bəzi işbazlar var. Bizim kimi ölkələrə bəlkə də hansısa yollarla idxal olunur.
 
Amma belə bir fakt varsa, aşkarlanaraq qarşısı alınmalıdır. Yenə də deyirəm ki, bu, cinayətdir”  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ələt limanı Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu oynayır - Yucin Si
Ən böyük qaz yatağı bağlanacaq
Rusiyada işçi çatışmazlığı görünməmiş həddə çatıb – RƏSMİ

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir