Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9057
az

Azərbaycanda 2 milyon aktiv instagram hesabı var - Şirkət rəsmisindən açıqlama

17:3718 Yanvar, 2019
662
  • A
 
"Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə."

E-ticarəti bir addım qabaqlayan sosial ticarətin Azərbaycandakı varlığı ilə əlaqəli aparılan araşdırmanın nəticələrini paylaşan Paym.es-in qurucu ortağı Həsən Cabbarov  Oxu24.com saytına  açıqlamasında  bildirmişdir ki, “əhali sayı ümumilikdə  9.8 milyon olan Azərbaycanda 2 milyon aktiv instagram hesabı var. Instagramı satış üçün istifadə edənlərin sayı isə 254 min, instagram vasitəsi ilə Azərbaycanda həyata keçirilən sosial ticarətin orta hesabla səbəti  64 Manatdır. Bu rəqəm Türkiyədə  40 manata qədərdir. Azərbaycanda istifadəçilər asan istifadə edilməsi səbəbi ilə və e-ticarət infrastrukturlarının çoxda müasir olmamasına görə instagramdan satış məqsədi ilə istifadə edir. İnstagram vasitəsi ilə həyata keçirilən satışları, ölkədə xüsusi şəxsi pul köçürməsi/eft istifadəsi olmadığından nağd şəkildə etməyə səy göstərirlər. Bu prosesin həm çətinlikləri, həm də müxtəlif riskləri var. Buna baxmayaraq, instagram satışları böyük bir paya çatmış hala gəlib. Azərbaycanda bu bazara ödəniş vasitəçiliyi edən Paym.es-dən başqa hər hansı bir başqa xidmət olmadığından bizim üçün ciddi potensial var.”

“Sosial ticarətin ən böyük olduğu bazar, Rusiya”

Növbəti hədəf bazarının Rusiya olduğunu ifadə edən Həsən Cabbarov belə dedi:

“Azərbaycan Rus bazarında strateji əhəmiyyətə malikdir. Sosial ticarətin dünyanın ən çox yayıldığı yerdə, Rusiya, Yaxın Şərq və Şimali Afrika (MENA) ilə Latın Amerikası ölkələri olmaqla yanaşı Rusiya ən böyük bazara sahibdir. Azərbaycan  yerləşdiyi yerə görə  həm Türkiyədə öyrəndiyimiz texnikaları tətbiq edə biləcəyimiz, həm də Rus və Azərbaycan dillərində danışıldığından Rusiya ilə əlaqədar təcrübə əldə edə biləcəyimiz əhəmiyyətli bir ölkədir. Azərbaycan hökuməti vətəndaşlarının gəlir əldə etdiyi instagram bazarı üçün investisiyaları dəstəkləyəcək işlər görür. Bu da bizə güvən verir. 2019-cu ildən etibarən biz Rusiya və Azərbaycandakı fəaliyyətlərləimizi birləşdirmək və onu Azərbaycan mərkəzli idarə etmək istəyirik” - dedi.

 

Sosial ticarətin Ödəniş Forması

Fərdlərin, şirkət qurmaq, internet saytına sahib olmaq, proqram və ya sənədə ehtiyac olmadan, dünyanın hər yerindən mesajlaşaraq ödənişin alınmasına imkan yaradan Paym.es, Türkiyədə son 1 ildə sürətlə böyüyərək 350 min istifadəçiyə sahib olarkən, son 3 ayda gəlirlərini üç dəfə artırmağa nail oldu.
Paym.es yaş limiti, hər hansı bir cihaza tələbat, dil və lokasiya ayrı-seçkiliyi olmadan hərkəsin saniyələr içində sosial kanallar vasitəsilə ödənişləri qəbul etməyə imkan yaradır. 2018-ci ildə Seedstars və Slush kimi qlobal yarışlarda önə çıxan Paym.es, Beynəlxalq Maliyyə Mükafatlarında ilin ən yenilikçi ödəniş forması olaraq seçildi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM
ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir
“Azərenerji

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu