Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7839
az

VACİB XƏBƏR! Dövlət Himnimizi əzbər bilməyənlər mütləq oxusun!- Cərimə olunacaqsınız!

14:1611 Dekabr, 2018
846
  • A
 Azərbaycanın dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər müəyyənləşib.

Oxu24.com  xəbər verir ki, yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanunun 6-cı (Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Vətəndaşlar üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər bunlardır:

1. Ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaqüstə və sona qədər dinləmək),

2. Himn ifa edilən zaman Azərbaycanın Dövlət Bayrağı qaldırılarsa (asılarsa), Dövlət Bayrağına tərəf baxmaq,

3. "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda (Mərkəzi Bank istisna olmaqla) xidmət edən hərbi və ya xüsusi rütbəli şəxslərin Dövlət Himni ifa edilən zaman əsgəri salamlaşması qaydaları, o cümlədən Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi ilə bağlı qaydalar həmin orqanların hərbi nizamnamələri və ya müvafiq aktları ilə tənzimlənir.

4.Himn respublika və ya beynəlxalq idman yarışlarında həmin yarışları keçirən idman təşkilatının mövcud təcrübəsi nəzərə alınmaqla ifa edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
Bu xəstəliyi olanlar banan yeməlidir
İraq Prezidenti COP29-a dəvət olundu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir