Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7809
az

Toya hazırlaşan gəlinlər nələri etməsin? – TÖVSİYƏLƏR

17:4710 Dekabr, 2018
972
  • A
Həyatınız boyu gözlədiyiniz ən böyük günə sadəcə bir həftə qalıb. Toyunuzun möhtəşəm keçməsini arzuladığınız kimi, insanlar da eyni şeyləri sizdən gözləyir. Demək ki, qarşında uzunluğu 2 metr olan uzun bir siyahı səni gözləyir.. Mükəmməl gəlinlik, ovsunlayıcı rəqs şousu, xəyallarınızdakı məkan və həyatınıza anlam qatan o insan.. Ən önəmli hekayənizi qüsursuz hala gətirməniz üçün hər kəs sizə məsləhətlər verir və edilməli işlərinizi yada salır.  Lakin hər eşitdiyin tövsiyyəni həmən siyahıya qeydə almazdan öncə bir qədər düşün.

Beləliklə, mükəmməl xəyal etdiyiniz günün mükəmməl də keçməsi üçün ediməsi məsləhət görülməyənlərin siyahısını açıqlayaq.

Saçınızı kəsməyi və ya başqa rəngə boyamağı unudun

Oxu24.com  gencaile.az-a istinadən bildirir ki, New Yorkda "Paul Labrecque Salon and Spa"-nın stilisti və sahibi Paul Labrek məsləhət görür ki, saç ustanız yaxşıların yaxşısı olsa belə, toy həftəsindəheç vaxt rəngləmədiyiniz rəngə saç boyamayın. Rəngin açılarkən saçınıza necə təsir edəcəyini və alınan tonun dəri rənginizlə necə uyğunlaşacağını öncədən bilmək mümkün deyil.

Görünüşünüzü təhlükəyə atmadan öncə saç rənginizdə yenilik istəsəniz saç ustanızla məsləhətləşərək daha az riskli və sadə olan kölgələr edə bilərisiniz. Bu görüntünüzə olduqca parlaqlıq verəcək. Lakin daha təhlükəli və uğursuz rənglərə boyasanız, onların yenidən bərpası saçlarınıza zərər verəcək və cansız görünmələrinə səbəb olacaq.

Toy hazırlıqları, gəlinlik məşqləri və s. toydan bir neçə ay öncədən başlayır. Mütəxəssislər bu müddət ərzində saç stilinizi qorumağı məsləhət görür. Saçınızı kəsməklə onun yalnız tərzini və teksturasını dəyişmiş olmayacaqsınız, həmçinin bu kəsim sizin gəlinliyinizin yaxası, duvağınız və ya zinət əşyalarınızla uyumsuz ola bilər.

Böyük günə yaxınlaşdıqca stress və emosionallıq bir o qədər artır. Nə qədər ki, təmkinlisiniz,  saçla bağlı qərarınız həll etməyə çalışın.

Ekspress arıqlama metodlarından uzaq durun

Artıq kilonuz var və seçdiyiniz gəlinlikdə istədiyiniz formada görünmürsünüz. Bu mövzuda çox əvvəldən çalışmalara başlamanız münasibdir. Toydan 1 həftə öncə 5-10 kq atdıracaq sağlam pəhriz hələ kəşf edilməyib. Kilo vermək üçün pəhriz cədvəlinizi ən az 6 aydan öncə planlamış olmalısınız. Toya 1 həftə qalmış yazılacağınız idman zallarında edəcəyiniz həddən artıq ağır idman növləri hər hansı orqanınızın incitmənizə və gün ərzində yaşadığınız hərəkətli ritm ilə bərabər bədəninizin bir növ yorulub çökməsinə səbəb olacaq.

Bronzerlər - nəticəsi bilinməyən qərar

Yenə bir son dəqiqə qərarı verərək, dəri rənginin bəmbəyaz olduğunu düşündüyünüz  üçün solariyum və ya bronzlaşdırıcı kremləri yoxlamağı dənəməyin. Həfif qaralmaq uğrunda dərinizə çəkdiyiniz bronzlaşdırıcı spreylərin bir çoxu əks-təsiri ilə üzləşə bilərsiniz. Onların faydadan çox zərərlərinin olması isə elmi sübut olunmuşdur.

Kofeindən istifadə məsləhət görülmür

Toy hazırlıqları ərəfəsində keçən uzun gecələrdə özünüzü kofeinə təslim etməniz yuxunuzu qaçırmağa kömək edir. Lakin bu zaman bədəninizdə yığılan hədsiz kofein miqdarı sağlıq problemlərinə yol açır. Həzm sisteminizdəki problemlərlə yanaşı dərinizdə də gözlənməyən ləkə və nöqtələrin üzə çıxması da baş verə biləcək hallardandır. Bu ərəfədə qəhvə ilə yanaşı çay, kola və alkoqola diqqət etməniz məsləhətdir.

Əhval ruhiyyə məsələsinə diqqət edin

Stress və gərgin əhval-ruhiyyə insana ən çox təsir edən nüanslardır. Hətta,  bu iki detal bir çox xəstəliklərin təməlində durur. Toy ərəfəsində mümkün qədər rahat olmaq və sakitliyi qorumaq lazımdır. Sirr deyil ki, həssaslıq şkalasının tam sonunda duran bu önəmli gün ərəfəsində emosionallıq həddi artır. Stressin ilk əlamətləri isə əksər xanımlarda çəki artımı və dəri xəstəliləri ilə müşahidə olunur. Bunu kim istəyər?

Mütləq normal yatmalısınız

Gün ərzində ayıq və enerjili olmaq üçün gecə müzakirələrində ayaqda qala bilmək uğruna yuxunuzu axsatmayın. Bu sizdə gündüzlər gərəksiz stress və əsəbilik yarada bilər. Bunun doğura biləcəyi nəticələri isə artıq yuxarıda sadaladıq. Nizamlı yatmaq sağlam qidalanma və idman qədər önəmli prosesdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
SON DƏQİQƏ! Rusiya sülhməramlıları Qarabağı tərk edir

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR