Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7167
az

Zeytun yağı, qoz və badam qarışığının ƏFSANƏVİ FAYDALARI

14:1118 Noyabr, 2018
1269
  • A
Zeytun yağı, qoz və badam qarışığının faydaları haqqında hər hansı məlumatınız varmı?

Oxu24.com publika.az-a istinadən bu möhtəşəm qarışığının faydaları ilə tanış edir.

Sağlıqsız qidalanma və gündəlik nizamsız hərəkət etmək kimi faktorlar bədənin sağlamlığına əks təsir göstərir. Xüsusilə, piylənmə və ürək xəstəliklərinin ortaya çıxmasına səbəb olur. Lakin bu problemlərin qarşısını evdə rahat şəkildə almaq olar.

Zeytun yağı, qoz və badam kimi Omeqa 3 yağ turşusu ilə zəngin olan qidalardan hazırlanan qarışıq ilə günə başlamağınız sizdə əfsanəvi dəyişikliklərə səbəb olacaq.

 
Faydaları:

- Gün boyu vücudun enerji səviyyəsinin yüksək qalmasını təmin edir.

- Qan-damar sisteminin işini tənzimlədiyi üçün ürəyin daha yaxşı işləməsini dəstəkləyir.

- Hər üç qidada antioksidant olduğundan yemək borusu, mədə və bağırsaqlardakı zərərli maddələri bədəndən kənarlaşdırır. Beləcə, qəbzlik, izhal kimi xəstəliklərdən uzaq qalarsınız.

- Qanda xolestrolun miqdarını tənzimləyir, eyni zamanda, qana təbii şəkəri əlavə edərək şəkərin səviyyəsinin artmasının qarşısını alır.


- Qoz və badam lif baxımından zəngin olduğundan gün boyu toxluq hissi verərək artıq çəkilərdən qurtulmanıza səbəb olur.

- Stress və depressiyadan uzaqlaşdırır.

- Zeytun yağı bədəndəki gənc hüceyrə sayını çoxaldaraq yaşlanmanı gecikdirir. Qoz və badam isə dəri təbəqəsinin zədə görmüş hüceyrələrini bərpa edərək qırışıqlıq, sızanaq yaranmasının qarşısını alır.

Hazırlanması:

- 2 yemək qaşığı zeytun yağı

- 4 badam

- 2 qoz

Qoz və badamı yaxşıca əzərək zeytun yağı ilə qarışdırırsınız. Streçlə üzərini örtüb bir gün saxlayırsınız. Ertəsi gün səhər tezdən ac qarına iki qaşıq yeyirsiniz. Qarışığı hər gün hazırlamaq daha faydalı olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət xallarından xilas edən təbii üsul
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO