Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6289
az

Azərbaycanda həkimlər azyaşlıya köçürülən sistemə zəhər qatdılar –

10:2820 Oktyabr, 2018
1425
  • A
 Azərbaycanda həkimlər xəstəxanada azyaşlı uşağa köçürülən sistemin tərkibinə zəhərli maddə əlavə edərək uşağı zəhərləyiblər.

Oxu24.com  a24.az-a istinadla xəbər verir ki, bu barədə “Azad İstehlakçılar ” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynova edilən müraciətdə bildirilib.

Belə ki, E.Hüseynova müraciət edən Sumqayıt şəhəri 9–cu mikrorayon, ev24/25-da yaşayan Aytəkin Bayramova bildirib ki, alergin-bronxit xəstəliyindən əziyyət çəkən 8 yaşlı qızı Fatimə İbrahimovanı Sumqayıt şəhərində yerləşən 1 saylı uşaq poliklinikasına aparıb. Onun maddi imkanı olmadığından həkimlər onun xəstə qızını öldürməyə cəhd göstərib:

“Mənim şikayətim Sumqayıt şəhəri 1 saylı uşaq poliklinikasının tibb bacıları Ülviyyə və İlhamə barəsindədir. Belə ki, 8 yaşlı qızım İbrahimova Fatimə alergin-bronxit xəstəliyindən əziyyət çəkir. Sistemin vurulması üçün maddi imkanlarım olmadığından Dövlət müəsissəsi olan 1 saylı uşaq poliklinkasının baş həkimi Təranə xanıma müraciət etdim. O, mənə göndəriş verdi ki, get xəstəxanada vurdur – seçim sənindir. Mən seçimi poliklinikanı seçdim. Çünki, evimiz oraya çox yaxındır. Günaşırı olaraq infuziyanın vurulması üçün tibb bacısı Ülviyyə razılaşdı. 2 gün sakit, problemsiz vuruldu. Amma 3-cü gün isə ora getdim. İynə otağı bağlı olduğundan tibb bacısı Ülviyyə bizə sabah gəlməyi məsləhət bildi. Mən isə həkimin sistemi günaşırı vurulmasını yazdığını dedim. O, katibənin məsləhəti ilə fizioterapiya otağına getdi və qayıdarkən ünvanıma səslənən çox pis ifadələrin deyildiyini eşitdim. Ülviyyə və fizioterapiya otağının tibb bacısı İlhamə deyirdilər ki, elə bil Aytəkin dilənçidir. Keçən il də gəlmişdi uşağını tok, ininqaliyasiya etdirdi, bir qəpik də vermədi. Dövlətin elə bil buna borcu var. Bezmişəm daha. Biz burda havayı oturmuruq ki. Bir zəhərli maddə ola qatasan sistemə ölə, bizim də canımız qurtarar bir də buraya gəlməz”.

Şikayətçi bildirib ki, tibb bacısı zəhərli maddəni onun qızına köçürülən sistemə qatdıqdan sonra uşağın vəziyyəti ağırlaşıb: “Ülviyyə əlində şüşə silən mayeni həyəcanla yerə qoydu və şprisin içində bilmədiyim nəyi isə natri-xlorun içinə vurdu. Mən şübhələndim, amma ağlıma gəlməzdi ki, nə isə edərlər. Uşağa vurulan infuziya natri-xlor və natri-tea-sulfatdır. Bir sözlə, sistem uşağa qoşuldu. 100 ml qram uşağın bədəninə köçürüldü. Uşaq baş ağrısı ilə şikayətləndi, rəngi boğulmuşdu. Ülviyyə çox həyəcanlı şəkildə otaqdan çıxdı. Mən uşağın narahat olduğunu gördüm. Uşaq yerin içinə sistemin altında qaytardı. Mən sistemin dayandırılmasını tələb etdim. O inad etdi və dayandırmadı. Mən kəpənəyi uşağın qolundan dartıb çıxardım və tez baş həkimin otaqına getdim, şikayətimi bildirdim. Şüşəsilən maddənin sistemə qarışdırıldığını dedim. O, çox soyuqqanlı yanaşdı, çağırıb məsələni soruşdu və onları danlamadan, izahat almadan yola saldı. Öz cibindən 2 manat verərək həmin dərmanları aldırdı və yenidən uşağa vurdurdu. O gündən bu günə kimi, uşaq heçnə yemir, başı bərk ağrıyır, ürəyi bulanır. Mən bir ana kimi çox narahatam. Elə həmin gün Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vursam da, telefonu götürən operator məsələni dinlədi və inanmayıb dedi ki, belə bir şey ola bilməz. Az sonra baş həkim Təranə xanım mənə zəng vurdu və məni ora çağırdı. Mənə dedi ki, tədbir görəcəm şikayəti geri götür. Ülviyyəyə tapşırdı ki, 2 sistemi qalıb vurarsan. Mən narazılıq etdim və dedim ki, iynəni başqa tibb bacısı vursun. O, qəti surətdə dedi ki, yox. İynəni Ülviyə vuracaq. Həmin gün mən səhiyyə şöbəsinə getdim. Baş pediatr sözlərimə güldü və soyuqqanlı yanaşdı”.

O bildirib ki, ötən gün sistemin davamının vurulması üçün uşaqla birlikdə poliklinikaya gedib: “Baş həkim yerində yox idi. Ona zəng etdim ki, gəlmişəm, tibb bacısına tapşırsın ki, iynəni vursun. O, mənə telefonda dedi ki, bir günü 5 manatlıq sistemi sənin uşağına pulsuz vurdurdum, amma sən şikayət edirsən. Mənim işcilərimin heç bir günahı yoxdur. “Get istəyirsən prezidentin qəbuluna” ona şikayət et. Qanunla o, poliklinikada sistem vurdurmaq olmaz. Gəl uşağı “karticka”sını da götür get. Əgər, icazə yoxdursa, iynə vurulmasına niyə icazə vermişdilər. Əgər, qanunda yoxdursa, iynə otağı adlı kabinent yaradılıb. Özü də müasir standartlara uyğun. Hər cür şəraiti olan kabinet. Sistemin vurulması üçün sistem dəmiri stol və s.”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada növbəti terror təhlükəsi!
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
Beyin sağlamlığı üçün ən yaxşı 5 balıq növü

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət