Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6285
az

Günün qoroskopu: tələsik, düşünülməmiş qərarlar qəbul etməyin 20 Oktyabr 2018

00:4820 Oktyabr, 2018
914
  • A
Qoç – Təxminən saat 14-ə qədər istirahət etməyiniz məsləhətdir. Onsuz da həmin ərəfədə hansısa ciddi bir iş görməyiniz çətindir. Sonrakı müddətdə isə əksinə, aktivliyinizi artırmalısınız.

Buğa - Qarşınızda sürpriz dolu bir təqvim dayanıb. Odur ki, passivlik göstərməməli, bütün enerjinizi nəzərdə tutduğunuz planların həlli istiqamətinə yönəltməlisiniz. Axşam mübahisədən çəkinin.

Əkizlər - Ruhunuzu bürüyən gərginliklə mübarizədə daxili rahatlığınızı bərpa edə biləcəksiniz. Bunun üçün maraqlı ünvanlarda olmağınız da vacibdir. Qlobal məsələləri məhz bu gün planlaşdırın.

Xərçəng - Ətrafınızdakıların sizi lazımınca başa düşməməsi səbəbindən ovqatınız aşağı ola bilər. Amma reallığa obyektiv qiymət verməklə çıxış yolu tapa bilərsiniz. Həmkarlarınızla mülayim davranın.

Şir - Yaxşı olar ki, əsas vaxtınızı istirahətə həsr edəsiniz. Yeni əməkdaşlıq haqqındakı planlarınızı müvəffəqiyyətlə başa vurmaq istəyirsinizsə, yaxşı-yaxşı götür-qoy edin. Səfərə çıxmaq daha maraqlıdır.

Qız - Yalnız maliyyə məsələlərinin həllində uğur qazana bilərsiniz. Hansısa riskli hərəkət və ya yeni işə başlamaqsa uğursuzdur. Ailə üzvlərinizlə, dostlarınızla mübahisəyə yol verməyin.

Tərəzi - Uğurlu gün hesab etmək olar. Ötən on gündə yığdığınız gərginlik xeyli səngiyəcək. Günün ikinci yarısında maraqlı görüş və qonaqlıqlarda iştirakınız da gözlənilir. Məğrur olun.

Əqrəb - Sağlamlığınızla bağlı əmələ gəlmiş problemləriniz azalacaq. Amma günün birinci yarısında daha çox istirahət etməlisiniz. Nahardan sonra isə varlanma ehtimalınız mümkündür.

Oxatan - Ulduzlar ayın ən uğurlu günlərindən birini yaşayacağınızı bəyan edir. Bir tərəfdən şəxsi işlərinizdə müsbət dönüş baş verəcək, digər tərəfdənsə perspektivli təklif alacaqsınız.

Oğlaq - Səbəbsiz narahatçılığınızı dəf etmək üçün yeni mühitdə, yeni insanlar arasında olmağınız məsləhətdir. Bu səbəbdən qonaq getməyə hazırlaşın. Səhhətinizə də fikir verin.

Dolça - Bu gün bürcünüzün "hakimiyyət kürsüsündə" əyləşməsi qarşınızda ciddi seçim qoyacaq. İndi konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazımdır. Yeni əlaqələrə isə can atmayın.

Balıqlar- Planetlərin bürcünüzdəki müsbət düzümü bu təqvimi romantik tərzdə başa vuracağınıza dəlalət edir. Ən azı iki istiqamətdən sevindirici xəbər ala bilərsiniz. Saat 19-21 aralığında isə ehtiyatlı olun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş