Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6119
az

Gizli otaqda meyiti tapılan azərbaycanlı alim - Xudu Məmmədovun ömür yolu

10:2015 Oktyabr, 2018
1447
  • A
Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.” Bu sözlərin müəllifi Azərbaycan elm və ictimai-siyasi xadimi, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədova məxsusdur.

Böyük alimdən gətirdiyimiz sitatdan da görünür ki, o təkcə elmlə yox, ideologiya ilə də məşğul olurdu. Bu gün Xudu Məmmədovun doğum günüdür. Yaşasaydı onun 89 yaşı olacaqdı. Femida.az böyük alimin həyat yolunu təqdim edir.

Yaddaşlarda böyük alim kimi qalan Xudu Məmmədovu bir  daha  xatırlayaq.

Məmmədov Xudu Surxay oğlu 1927-ci ildə Qarabağda – Ağdamın Mərzili kəndində dünyaya göz açıb. Atası Surxay kişi tanınmış ziyalılarımızdan biri olub. Leninqrad Tikinti Akademiyasını bitirmişdi. Anası Yaxşı xanım evdar qadın idi. Ailədə üç övlad olublar : Xudu, Oqtay və Məhbub.
Mərzilidə 7 illik məktəbi bitirdikdən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil alır.

1946-cı ildə O, Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur. Ali təhsilini başa vuranduqdan sonra Azərbaycan EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. Çox keçmir ki, O, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, samballı elmi məqalələri maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırır.

Dünyanın elm nəhəngi ingilis Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda öz “dahi tələbəsi” haqda guya söz tapa bilməyən rus akademikinin fikrinə belə qüvvət verib:

“Bizdəki və sizdəki “pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu Məmmədov həll etmişdir!”
Beləliklə, Xudu Məmmədov 25 yaşında böyük alim titulu verdilər.

Böyük əl-Biruni, Şopenhayer, Kristli, Lomonosov, Fersman, Qubkin və digər qüdrətli dünya mineroloqlarının öhdəsindən gələ bilmədikləri ağır bir işin altına girərək kristalların iç quruluşlarının kəşfini gerçəkləşdirən də məhz Xudu Məmmədov oldu.

Xudu Məmmədovun kristalloqrafiyadakı böyük kəşfindən sonra Sovet İttifaqında süni almaz, yaqut, rubin, zümrüd, füruzə, yaşma, sürmə və digər qiymətli daşlar alınmasıyla ölkəyə milyardlarla gəlir gətirilmişdi. Buna görə də nəhəng alimə kimya üzrə Nobel mükafatına təqdimatı haqqında söz-söhbət gəzməyə başladı. Lakin bəzilərinin qısqanclığı onun mükafata təqdim olunmasının qarşısına sədd çəkdi.

Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib.

Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub. "Şərəf nişanı" ordeni və medallarla təltif edilib.

Xudu Məmmədovla bağlı xatirəsi olanlar danışır:

Xudu Məmmədov və Bəxtiyar Vahabzadə yaxın dost olublar.

Xalq şairi Bəxtiyar Vahabzadənin Xudu Məmmədov barədə söylədiyi bu xatirə Xudu Məmmədovun kimliyi haqda çox şey deyir.

“1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən dedim ki, mənim ən müqəddəs arzum Azərbaycanın güneyli-quzeyli birliyini və xoşbəxtliyini görməkdir. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir.
Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə.”( Mənbə: Aynur Tağıyeva
AMEA-nın əməkdaşın yazısından)

Professor M.İ.Çıraqov:

- Mənim bir ali məktəb müəllimim olub, o da Xudu Məmmədovdur.
- Mənim bir ali məktəb universitetim olub, o da Xudu Məmmədov Universitetidir.

Yazıçı Çingiz Aytmatov:

- Elimlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə canlı təbiət terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Onunla tanışlığıma qismətin payı kimi baxıram.

Nobel mükafatı lauratı görkəmli alim Con Bernal:

- Canlı və cansız təbiəti vəhdətləndirən böyük alim Xudu Məmmədovdur.

Dostu Zeynal Məmmədov:

- Yuxusuz gecələr, qəlbin hərarəti, ağıldan nurlanan əzmkar zəhmət Xudu müəllimi yüksəkliklərə qaldırdı. O, silikat radikallarının indiyədək elmə məlum olmayan təsnifatını verdi. Xudu Məmmədov təkcə təbiətşünas deyil, memarlıq, rəssamlıq, poeziya, musiqi, dramaturgiya və digər başqa sahələr onun dərindən bildiyi – vurulduğu sahələrdir. Xudu Məmmədov təmiz adam idi, ləkəsiz idi, saf idi. O, Azərbaycan ziyalılarının simvolu idi. Xudu müəllim fenomendir. Əfsanəvi insandır, bəlkə də dahidir.

Xudu Məmmədov haqqında xatirələr AXC-nin banisi M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Kəngərli yazır:

1969-cu ildə Xudu Məmmədova üçrəngli bayrağımızı hədiyyə elədim və O, bayrağı gizli şəkildə Azərbaycana gətirir.”


Xalq şairi Bəxtiyar Vahabzadə:

- Xudu içində yaşadığımız sistemin məhvə labüd olduğunu dəlillərlə sübut edirdi.
- Xudu Məmmədov ciddi adam olub, zarafatı da sevib. Çox sadə görünüşü, bir qədər məzlum baxışları diqqət çəksə də, o, ilk kəlməsindən müdrikliyini ortaya qoyurdu. (Mənbə : «Tükənməzlik» («Elm» nəşriyyatı) adlı elmi məqalələr və xatirələr toplusu)

Akademik Belov: "Mən Xuduya bir öyrətmişəmsə, bundan üç dəfə çox Xududan öyrənmişəm"

“Xudu Məmmədov heç vaxt tərəf müqabilinin səhvini, zəyifliyini biruzə verməzdi. Ucuz söhbətlərə, savadsız danışıqlara ciddi yanaşmır, bəzən kiçik razılıq hissi ilə kifayətlənərdi. Ancaq belə şəxslər elmi ad, elmi dərəcə və ya elmlə bağlı vəzifə tutmaq istədikdə Xudu müəllimə heç kim mane ola bilməzdi. O illərdə Kimya İnstitunun Elmi Şurasında yaşlı nəsildən olan bir nəfər doktorluq işini müdafiəyə təqdim etmişdi. İlkin müzakirələrdə Xudu müəllimin ciddi tənqidi çıxışları işi müdafiə etməyə imkan vermədi. Üçüncü müzakirə vaxtı o şəxs laboratoriyamızdan kimi görürdüsə, eyni sözləri təkrar edirdi - Xudu Məmmədov müzakirəyə gəlsə. mən özümə qəsd edəcəyəm. Biz, Xudu müəllimin tələbələri, elə təşkil etdik ki, Xudu müəllim nə müzakirədə, nə də ki, müdafiədə iştirak etdi. Həmin şəxs də elmlər doktoru oldu. Amma Xudu müəllimi gördükdə onu xəcalət təri basır və çox yazıq bir görkəm alırdı.”
Məmməd Çıraq, “Zirvə” kitabından.

Xudu Məmmədovun dedikləri :

“Xalqı yaşat, onun qəlbində yaşa! Xalqın cibində yaşama ki, onu boşaldıb bir gün özün də məhv olasan.”

Mətbuat yaxşının yayılması üçündür. Pis isə özbaşına daha yaxşı yayılır.

Xalqdan uzaqlaşmaq qorxulu deyil, ona dönə bilməmək qorxuludur.

Dünyada hamı bir-birini başa düşsəydi, ədəbiyyatda komediya janrı olmazdı.

Xudu Məmmədov yaxşı oxuyan tələbələrinə tez-tez deyərmiş: Pis oxuyan yoldaşlarınıza da bir şey öyrədin, sabah sizlərə başçılıq edəcəklər.

Özüm dərdli ikən dərman gəzirəm,
Dərdi mənimkindən az olanlara
Bizim üçün o dünyadan başqa, bir də o tay var.

Xudu Məmmədov Azərbaycan tarixində tək elm sahəsində yox, ictimai-siyasi hadisələrdə də izi qalan bir şəxsiyyətdir. O 1969-cu ildə Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olur. Bununla da Azərbaycanda milli azadlıq ruhunun inkişafına təkan verir. Sonrakı illərdə gənc tələbələrə bu istiqamətdə gizli məkanda təbliğat aparılırdı. Bu işdə xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə addımlayırdılar. Həmin görüşlərin birində iştirak edən

Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru Almaz Əliqızı Femida.az -a danışır.


“1980- ci illər idi. Həmin vaxt məni gizli bir məkana görüşə çağırdılar. İlk dəfə Xudu Məmmədovla orada tanış oldum. Bəxtiyar Vahabzadə də həmin görüşdə idi. Xudu müəllim həmin görüşdə milli azadlıq məsələsindən söhbət edirdi. Bu görüşlər gizli keçirilirdi. Həmin vaxtlarda bizim 3 rəngli bayrağımızı cırıb atdılar ki, bu Xalq Cəbhəsinin bayrağıdır. Həmin vaxt fəal tələbələrimizə 3 rəngdən ibarət parçalar alıb verdim. Tələbə qızlarımız yataqxanada əlləri ilə bayraq tikirdilər. Bizim də Xudu müəllimlə görüşlərimiz həmin vaxta təsadüf edirdi. O Sovet hakimiyyətinə, quruluşuna qarşı danışan tək-tək ziyalılardan idi.”

Xudu Məmmədovu tarixə həkk edən hadisələrdən biri də Ağdamda dillər əzbəri olan Ağdam çay evi ilə bağlıdır. Çay evinin yaranması məhz Xudu Məmmədovun ideyasıdır.

“Çay evi” nin yaranmasının maraqlı tarixçəsi var. Günlərin birində üzərində Çin Xalq Respublikasının görüntüsü olan bir jurnal Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. O, bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır. Bu məqsədlə Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini dostundan xahiş edir. Şəkil Sadıx müəllimin də xoşuna gəlir. Xahiş öz həllinin çox gözlətmir. Sadıx müəllim rayonun imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi Rəşid müəllimə həvalə edir. Rəşid Məmmədov həmin dövrdə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Həm də tikiləcək bina gələcəkdə onun rəbərlik etdiyi təşkilatın balansına veriləcəkdi. Prosesə rayonun baş memarı Firdövsi İbrahimov da cəlb edilir.

Qeyd edək ki, Xudu müəllimin katiblə söhbətində obyektin profili də müəyyən edilmişdi. Obyekt “Çay evi” kimi fəaliyyət göstərəcəkdi. “Çay evi”nin tikintisində ən çətin işi - günbəzin sinklənmiş dəmirlə vurulmasını isə Ağdamda məhşur dəmirçi sayılan Mamed kişi görür.
26 iyul 1986-cı ildə “Çay evi”nin təntənəli açılış mərasimi olur. Təəssüf ki, Ağdamın simvoluna çevrilən həmin çay evi erməni işğalı zamanı dağıdılır.

Dünyaya böyük töhfə verən azərbaycanlı alimin gizli otaqda sona çatan ömrü…

1988-ci il oktyabrın 15-də yenicə formalaşmaqda olan Azərbaycan Xalq Cəbhəsinin Üzeyir Hacıbəyovun ev muzeyində təşkil edilmiş toplantı keçirilirdi.Həmin görüşdə yaranmış vəziyyəti müzakirə edərkən Xudu Məmmədovun ürəyi qəfildən dayanır. Bu gözlənilməz ölüm idi. Onun məsləkdaşları bu ölümdən çox sarsılırlar. Az sonra Bakıda izdihamlı mitinqlər başlayıb. Bu mitinqlər və etiraz dalğaları təkcə Azərbaycanın Rusiya müstəmləkəsindən qurtarmasına yol açmır. Bu Xudu Məmmədov cismən sağ olmasa da, ruhu səpdiyi azadlıq toxumlarının cücərtisini görürdü.

Ağdamdan çıxan dünya şöhrətli alim yaxşı ki, doğma rayonunun işğalını görmədi. Xudu Məmmədovun yaxın dostu olan Qərib müəllim onun dəfni ilə bağlı xatirələrindən danışır:


“ 1988-ci ilin noyabr ayı idi, Xudu Məmmədovun yoxluğunun 40-cı günü idi, həmin gün böyük alimimizin qırx mərasimində Xudu Məmmədovun yaxın dostu xanəndə Şahmalı Hacıyev - Kürdoğlu da iştirak edirdi, yaxın dost olmalarına rəğmən Şahmalı Kürdoğlu Xudu müəllimin ölümündən çox sonralar xəbər tutmuşdu. Xanəndə Şahmalı Kürdoğlu Azərbaycandan kənarda müalicə olunduğu üçün Xudu müəllimin ölümü barədə ona xəbər etməmişdilər. Mərasim zamanı Şahmalı Kürdoğlu üzünü özünün və Xudu Məmmədovun dostlarına tutub bu sözləri demişdi:

“Xudu müəllim sağlığında mənə demişdi:

“Babalım boynuna, əgər səndən əvvəl ölsəm, mənim cənazəmin qabağında gedərək “Şahnaz” oxuyarsan!...” Siz Xudu müəllimin ölümünü məndən gizlətməklə çox böyük günah etmiş, məni şərməndə qoymuşsunuz. Xudu müəllim böyük insan idi. Bəlkə də onun ruhu məni bağışlayacaq. Amma mən sizi bağışlamayacam. Kaş bu hadisəni mənə bildirəydiniz, müalicədən yarımçıq qayıdıb Xudu müəllimin arzusunu yerinə yetirəydim və həmin gün mənim də ömrümün sonu olaydı!”
Qərib müəllimin xatirələrindən.

“Mətbuat yaxşının yayılması üçündür. Pis isə özbaşına daha yaxşı yayılır.”- Bu sözlərin də müəllifi Xudu Məmmədovdur. Bu gün Xudu Məmmədovun dedikləri həqiqətən də mətbuat üçün örnək olunası bir kəlamlardır.

Böyük şəxsiyyət və alimlə bağlı yazımı onunla bağlı olan bu xatirə ilə bitirəm.

Firudin Cəlilov, Xudu Məmmədov və Xəlil Rza çayxanada çay içərkən Xəlil Rza deyir ki, “Bu ermənilərin hamısını Bakıdan qovmaq lazımdır!”. Xudu Məmmədov cavabında deyir:

“Sən Allah, birini saxlayarsınız mənim üçün, onlar bizə "Türk" deyə müraciət edəndə yağ kimi yayılır adamın ürəyinə...”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeniyetmə faciədən son anda xilas oldu - ANBAAN VİDEO
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çiyələk bu xəstəliyin qarşısını alır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Sabiq Baş pediatr Nəsib Quliyev özünü güllələdi