Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4582
az

Bulvarda qızlarla oğlanların əxlaqsız hərəkətlərinə görə giriş pullu oldu - BAKIDA ŞOK QƏRAR

16:1917 Avqust, 2018
16539
  • A
Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyyətində olan məsələdir. Giriş 1 manat təşkil edir”.

Oxu24.com xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nazim Məcidov deyib. O qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır: “Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız Bayıl tərəfdə Su İdman Sarayının yaxınlığında olan kiçik bir hissədə şlaqbaumdan keçid pullu olub. Bunu da şəhər sakinlərinin şikayətləri əsasında tətbiq etmişik. Belə ki, orada daim avtomobillər ötüşürdü, cavan oğlan və qızlar maşında saatlarla oturub uyğunsuz hərəkət edirdilər. Eyni zamanda, oradan “moyka” kimi də istifadə edilib. Bu da sakinlərin istirahətinə maneə törədirdi. Bu hissədə keçidin pullu olması bir neçə adamın xoşuna gəlməsə də, 100-lərlə şəhər sakini bəzi əxlaqsızlıqlara görə bu addımı alqışlayıb”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ÜST-dən QORXULU AÇIQLAMA:
İspaniyalı gimnast 17 yaşında VƏFAT ETDİ
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?