Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4563
az

Bürclər- 17 avqust

09:0117 Avqust, 2018
1379
CƏMİYYƏT
  • A
  
 Qoç - ailə işləri ilə məşğul olmaq, səyləri ümumi məqsəd uğrunda birləşdirmək yaxşıdır. Qohumlar arasında münasibətlər yoluna qoyulacaq, ailədə ab-hava daha əlverişli olacaq. Yaxınlarınızı sevindirmək imkanını əldən buraxmayın.

Buğa - həyatınızı, sözün həqiqi məqasında dəyişə biləcəyiniz adi bazar ertələrindən biridir. Buna səy göstərmək kifayətdir. Günün başlıca müsbət tərəfi odur ki, siz irəliləməyinizə mane olan şeylərdən imtina etməyə daxilən hazırsınız. Bir çox Buğalar bu gün o qədər qətiyyətli və sərt addımlar atacanqlar ki, bu, ətrafdakıların xətrinə də dəyə bilər.

Əkizlər - gün irimiqyaslı biznes layihələri üzərində işə başlamaq üçün çox münasibdir. Bu günə istənilən iş görüşləri və danışıqlarını təyin etmək olar. Cəsarətlə bazarlıq edin. Bu gün hədər yerə pul xərcləməyəcəksiniz.

Xərçəng - bu gün maraqlı informasiya alacaq və ya vacib kəşf edəcəksiniz. Yeni nəsə öyrənmək və öz bacarığınızdan istifadə etmək üçün dərhal yer tapmaq şansınız var. Bu gün əsas vəzifəniz yaxşı ovqatı, həyata nikbin baxışları qorumaqdır. Əgər ruhdan düşsəniz, çətinliklər yarana bilər.

Şir - yaxınlarınızla ünsiyyət, ailə mərasimləri, qohumların əhatəsində istirahət üçün pis gün deyil. Yeni romanların başlaması az ehtimal olunur. Əhval-ruhiyyəniz buna uyğun deyil. Əvəzində gün maliyyə məsələlərinin həlli üçün çox əlverişlidir.

Qız -  iş danışıqlarına başlamaq üçün əlverişli gündür. Hətta heç kimin yola getmədiyi adamlarla da dil tapa biləcəksiniz. Yeni işlərə girişmək olar. Amma siz özünüzə çox güvənirsiniz - bu, təhlükəlidir. Dostlarınızın təklif etdiyi köməyi rədd etməyin.

Tərəzi - qohumlarla münasibətlərə diqqət yetirməyə dəyər. Bu münasibətlərdə gərginlik yarana bilər. Planlaşdırılmamış bazarlıqlardan imtina etmək, əyləncə xərclərini azatmaq tövsiyə olunur. Uşaqlara kömək lazım ola bilər. Bundan imtina etməyin.

Əqrəb - ətrafda sizdən öz maraqları üçün istifadə etmək istəyən kifayət qədər adam var. Kimə etibar edib - etməməli olduğunuzu müəyyənləşdirmək asan deyil.
 
Oxatan - çətin gündür. Yalnız bəzi Əkizlər özlərini düşünülməmiş hərəkətlərdən saxlaya, bədxahlarının qurduqları tələlərə düşməkdən yayına biləcəklər.
 
Oğlaq - şəxsi münasibətlər baxımından gün o qədər də aydın deyil. Siz öz işlərinizlə çox məşğulsunuz və sevdiyinizə həmişə diqqət ayıra bilmirsiniz. Bununla belə, məsələ dava-dalaşa gedib çıxmayacaq.

Dolça - bu gün Dolçalara möhtəşəm peşə uğurları vəd edir. Bürcün bəzi nümayəndələri karyera pilləkənlərində bir neçə pillə irəliləyə bilərlər. Sizə yardım edən adamlara minnətdarlığı unutmayın. Bu, gələcək məhsuldar əməkdaşlıq üçün çox vacibdir. Reklam kampaniyaları üçün yaxşı gündür. Kübar tədbirlərdə iştirak etmək olar.
 
Balıqlar - yeni, o cümlədən, uzaqdan uzağa təsəvvürünüz olan işlərə başlamaq üçün çox yaxşı gündür. Bu gün faydalı nəsə öyrənmək, özünüz üçün yeni üfüqlər açmaq çətin deyil. Çoxlarının peşə münasibətləri üçün yeni tanışlıqlar qurmaq imkanı olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət