Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3947
az

\"Erməni əsilli Zara bizə düşmən olmasına rəğmən...\" - Fazil Mustafadan etiraz

09:2125 İyul, 2018
1197
  • A
 Son günlərin üç hadisəsinə verilən reaksiyalara diqqət edirəm. Ardıcıllıqla belə sadalamaq olar: Birincisi, erməni müğənni Zaranın Bakıdakı "Jara"ya gəlişinə etirazlar; İkincisi, Qubada ərəb turistə ağacın kölgəsində daldalanmağa 5 manat pul tələbinə təəccüb; Üçüncüsü, Yasamalda onlarla ağacın dibinə kimyəvi turşu (xalq arasında əzəldən buna "kislota" deyərlər) tökərək qurudulmasına heyrət”.

Oxu24.com xəbər verir ki, bunu sosial şəbəkədə millət vəkili Fazil Mustafa yazıb. O, qeyd etdiyimiz şəkildə giriş verdiyi yazıya "Görəsən cəmiyyətimizin insanları üçün bu üç hadisədən hansı daha vahimdir?” sualı ilə davam edib. Millət vəkilinin fikrincə belə anlaşılır ki, əksəriyyət üçün bu hadisələrdən ən vahimi Zaranın "Jara"ya gəlməsi sayılır:

"Əlbəttə, erməniçiliyi təbliğ edən birisinin hansı statusla olursa olsun, kimin himayəsi ilə olursa olsun, Azərbaycana gətirilməsi anormaldır, yolverilməzdir. Adamın indiyədək Azərbaycanla bağlı hansısa müsbət mesajı yoxdur və bundan sonra da belə bir mesajı gözlənilmir, o halda cəmiyyətin heysiyyatı ilə oynamağa nə zərurət var? Xüsusilə də Gəncə hadisələrinin ajiotajı hələ gündəmdən qalxmamış cəmiyyətdə yenidən emosional ajiotajın yaranmasına nə lüzum var? Ancaq yenə də bu hadisəyə bir keçici epizod kimi baxılmalıdır, çünki bir qərarla çözüləsi məsələdir və ümid edirəm ki, səlahiyyətli şəxslər ictimai rəyi nəzərə alıb bu yanlış addımı dayandıracaqlar”.

İkinci mövzudan, yəni ağacın kölgəsidə daldalanmağa görə pul tələb edilməsindən danışan F. Mustafa qeyd edir ki, bu, ölkənin turizm perspektivi üçün xoşagələn hal deyil:
"Lakin bunu da o samovar qaynadan uşağa izah etmək mümkündür ki, Allahın kölgəsini özüəlləşdirmə, adamdan içdiyi çayın pulunu alıb yola salman daha doğru və əxlaqlı davranış olar”.

Millət vəkili sonra üçüncü məsələdən danışıb: "Düzəlməyəcək, dəyişməyəcək, cəza ilə bərpa olunmayacaq məhz üçüncü hadisədir, üçüncü! Həmin hadisəni də erməni əsilli Zara törətməyib, hətta erməni əsilli Zara bizə düşmən olmasına rağmən bu hadisəni törətməz, bunu Azərbaycan vətəndaşı, öz azərbaycanlımız içi sızlamadan, ürəyi ağrımadan rahatlıqla, məsuliyyəsizliklə törədib və təbii ki, hansısa cəza almayacağına arxayınçılıqla törədib.

Ağacın dibinə kimyəvi turşu tökərək məhv edənlərin bizə oxuduğu mənəviyyatsızlıq inanın ki, Zaranın hətta ermənicə, rusca bizə oxuyacağı mahnıdan daha ağır gələcək. Bu, ağacı kəsməkdən də daha dəhşətli qətliamdır, ağacı zəhərləyərək öldürmək bəlkə də dünyada analoqu olmayan bir vəhşilikdir və bu vəhşiliyi törədənlər də bizimlə bir ölkədə, bir səmanın altında rahatca yaşayırlar. Zara da cəhənnəmə, turistdən kölgələnmək üçün tələb olunan 5 manat da cəhənnəmə, mahiyyət budur ki, gözümüzün önündə öldürülən bu ağacların artıq kölgəsi olmayacaq və bizlər də bu halımızla özümüzdən müştəbeh durumda ərəb turistlərin pintiliyindən, vəhşiliyindən hər gün ağızdolusu danışacağıq. Öz oturduğu budağı kəsməkdən də o tərəfə getmişik e...

Artıq kölgəsinə sığındığımız ağacı zəhərləyib öldürürük. Bu kölgə olmayandan sonra heç o uşaq da kölgələnmək istəyən bir Allah bəndəsindən 5 manat pulu da istəyə bilməyəcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faciəvi şəkildə ölən ata və oğulun görüntüsü - FOTO
Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?
Sabir Rüstəmxanlı:

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu