Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3609
az

Evində şir saxlayan məşhur bakılı vəfat etdi

15:4612 İyul, 2018
1368
  • A
 Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin həyat yoldaşı Nina Abdullayeva dünyasını dəyişib.

Teatrdan Oxu24.com-a verilən məlumata görə, Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra iyulun 12-də vəfat edib.

Qeyd edək ki, Nina Abdullayeva (Berberova) “Şir evdən getdi”, “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”, “Oğlan, qız və şir”və s. filmlərdə çəkilən “Kinq” adlı şirin sahibi olub.

80-ci illərdə evlərində şir saxlayan Berberovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhur olub. Ailə haqqında bir neçə sənədli film də çəkilib.

Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.

“İtalyanların qeyri-adi sərgüzəştləri” filminin çəkilişləri zamanı tələbə Valentin Markova hücum etdiyi üçün milislər güllə ilə “Kinqi” öldürürlər. Filmin xaricdəki prokatından sonra Kinq dünya şöhrəti qazanır.

Uşaqlarının istəyi ilə Nina Berberova ailəyə ikinci şir balasını gətirir və ona “Kinq II” adı verir. 1978-ci ildə həyat yoldaşını itirən Nina Berberova iki il sonra növbəti faciə ilə üzləşir. 1980-ci il noyabrın 24-də “Kinq II” Nina Berberovaya ağır xəsarətlər yetirir, oğlu 14 yaşlı Romanı isə parçalayıb öldürür. Başından aldığı xəsarətlərdən Nina Berberova uzun illər xəstə yatıb. Bir müddət sonra dostu, aktyor Kazım Abdullayevlə ailə həyatı quran Nina Berberova iki övlad dünyaya gətirib. Aldığı xəsarətlərə görə 1980-ci ildən ömrünün axırına qədər həkim nəzarətində olub.

Mərhumla vida mərasimi bu gün T. Əliyarbəyov küçəsi, ev 27-də keçiriləcək. Nina Abdullayeva “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət xallarından xilas edən təbii üsul
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO