Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3581
az

Əhəd Abıyev Gəncədə baş verənlərdən danışdı -

17:0011 İyul, 2018
1392
CƏMİYYƏT
  • A
 İyulun 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Çovdar kəndində keçirilib. Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oxu24.com xəbər verir ki,Səyyar qəbulda çıxış edən Əhəd Abıyev bu cür görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi davam etdirildiyini deyib.
Rayon rəhbəri çıxışında son günlər ölkədə baş verən hadisələrə də toxunub.
Əhəd Abıyev ötən gün – iyulun 10-da Gəncə şəhərində ictimai asayişi,  sabitliyi pozmağa, iğtişaş törətməyə cəhd göstərmiş bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabitinin şəhid olmasını dərin təəssüf hissi ilə yad edərək şəhid olmuş polis zabitlərinə Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Rayon İcra Hakimiyyətinin Başçısı bildirib ki, bu gün respublikamızda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gedən sürətli inkişaf ölkədəki sabitlik və əmin-amanlığa əsaslanır.  Bu inkişafı əngəlləmək, ictimai-siyasi sabitliyi pozmaq istəyən müəyyən qüvvələr vardır. Sözsüz ki, bütün bunlar xaos, qarşıdurma  yaratmaq, iğtişaş törətmək, hakimiyyəti zorla dəyişdirmək, insanları qarşı-qarşıya qoymaq deməkdir. Azərbaycana düşmən münasibət bəsləyən məkrli qüvvələrin, dağıdıcı müxalifətin bütün cəhdlərinə baxmayaraq, hadisələr ölkədə heç bir çaxnaşma, qarşıdurma, qarışıqlıq yaratmadı. Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq heç bir dövlət terrordan sığortalanmayıb. Bütün bunlara baxmayaraq Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə təmin olunub, Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini kifayət qədər dayanıqlı və yüksək səviyyədə qoruyur, xalq-iqtidar birliyi sarsılmazdır.  

Son illər Daşkəsəndə aparılmış irimiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən söz açan Əhəd Abıyev qeyd edib ki, “Yeni Daşkəsən” layihəsində “Çovdar” qızıl zavodunun işə salınması məsələsi də əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə “Çovdar” qızıl zavodunun daxil olduğu “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Qısa müddət ərzində “Çovdar” qızıl yatağının müasir texnologiyalarla istismarının təşkil edilməsi, zavodun işə salınması üçün müvafiq hazırlıq işləri tam başa çatdırıldı və zavod müasir texnologiyalar əsasında tikildi. Zavodun işə salınması təbii sərvətlərin ən dəyərlisinin emalı ilə yanaşı, həm də rayon əhalisinin işsiz hissəsini hazırda məşğulluqla təmin edir. Əsasən yaxın ərazidə yaşayan yerli əhalinin mədən sahəsində işə qəbuluna üstünlük verən “AzerGold” QSC-də hazırda 450 nəfərdən çox işçi çalışır. “Çovdar” qızıl zavodunun müasir formada tikilərək hasilata başlaması Daşkəsən rayonunda işsizliyi aradan qaldırmaqla ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına da ciddi təkan verir. Yeni, müasir qızıl zavodunun istehsal etdiyi brend markalı 999,9 əyarlı Daşkəsən qızılı ölkəmizə valyuta gətirməklə dünyada şöhrət qazanıb.
Rayon İcra Hakimiyyətinin Başçısı vurğulayıb ki, Çovdar kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğılarının həlli istiqamətində işlər aparılır və əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir.  Kənddə məktəb, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir sakin pay torpağı ilə təmin olunub.
Daha sonra sakinlərin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, bəziləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Başçısına minnətdarlıqlarını bildiriblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM
ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir
“Azərenerji

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı