Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3428
az

“Azərsu” bu axşam su veriləcək ərazilərin adını açıqladı

19:3905 İyul, 2018
1029
  • A
 Bakıda iyulun 5-i axşam saatlarından Bakının su ala bilməyən əksər hissəsinə su veriləcək.

OXU24.COM xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, əhalinin fasiləsiz su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir: “Ötən günlər su olmayan ərazilərin böyük bir hissəsi içməli su ilə təmin edilib, ancaq problemli ərazilər hələ də var. Su anbarlarındakı su ehtiyatları yığılmaqda davam edir. Ötən axşam da anbarlar doldurulub və əhalinin böyük bir hissəsinə su verilib. Sadəcə su ehtiyatı kifayət qədər olmadığından bəzi ərazilər su ilə təmin olunmayıb. Artıq anbar ehtiyatımızın 70-75 faizi yığılıb. Amma yenə də çatışmazlıq var. Bu gün axşam, ən uzağı sabah Bakıya su əvvəlki rejimlə veriləcək. Köhnə Günəşli və Yeni Günəşli qəsəbələrinin bəzi yerlərində su problemi var idi. Bu gün Mehmandarov, Şıxlinski, İnqlab İsmayılov küçələrinin su ilə təmin olunması üçün anbarlara su vurulub. Yaxın dəqiqələrdə həmin ərazilərə su veriləcək. Zabrat qəsəbəsinin bir hissəsi su ilə təmin olunsa da, bir hissəsi qalmışdı. Bu gün axşam saatlarında həmin əraziyə də su veriləcək. Bu gün Aeroport yolunun kənarında olan Samir Əliyev küçəsinə su vermişik”.

A.Cəbrayıllı bildirib ki, bu gün Zabrat qəsəbəsinin bir hissəsinə, Saray qəsəbəsinin bir hisasəsinə, Hövsanın qəsəbə ərazisinə su verilib, ancaq kənd Hövsan ərazisi su ilə təmin edilməyib. Onun sözlərinə görə, axşam saatlarında kənd Hövsan da su ilə təmin olunacaq: “Suraxanının Qum adası, Zığ qəsəbəsində də problemlər var. Həmin ərazini bu gün su ilə təmin etməyə çalışacağıq. Zabrat, Sabunçu, Əmircan, Bülbülə və Saray qəsəbəsinin də qalan hissəsi su ilə təmin olunacaq”.

Paylaş: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Depressiyaya düşmək zəif iradənin nəticəsidir” - PSİXOLOQ FİKRİ
Gənc qadın dəm qazından boğuldu
Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişdi

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət