Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
300
az

Seksə görə vergi tətbiq ediləcək - 24 manat

01:5406 Aprel, 2018
3313
  • A
 Qazaxıstan Müsəlmanları Birliyi və Mərkəzi Asiya İnsan Hüquqları Müsəlman Komitəsi ölkədə cinsi əlaqə üçün vergi tətbiq etmək təklifi ilə çıxış edib. Komitə belə təşəbbüslə yabanı giləmeyvə və göbələk yığmaq üçün hökümətin nəzarətini təsdiqləyən qanundan sonra çıxış edib.

Oxu24.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Komitənin rəhbəri Murat Telibekov öz feysbuk hesabında yaydığı məlumatda qeyd edib.Onun sözlərinə görə, hər bir Qazaxıstan vətəndaşı rəsmi nikah zamanı cinsi əlaqə üçün 584 təngə (təxminən 3 manat) pul ödəyəcək. Əgər cinsi əlaqə vətəndaş nikahı dövründə baş verirsə, bu məbləğ 748 təngə (təxminən 3.70 AZN) civarında hesablanacaq. Nikahdan kənar baş tutan cinsi əlaqələr zamanı vətəndaş 1893 təngə (təcminən 9.30 AZN) ödəməlidir.

Daha sonra qurum rəsmisi cinsi əlaqəyə görə ödənilməli olan verginin digər növləri barədə də məlumat verib. Belə ki, Qazaxıstanda cinsi əlaqəyə girmək istəyən cinsi azlıqlar 2741 təngə (13.50 AZN) ödəməlidirlər. Bu məbləğ qeyri-ənənəvi seks zamanı 4892 təngə (24 AZN) müəyyənləşdiirlib.

İrəli sürülən təklifdə həmçinin qeyd olunub ki, təqaüdçülər və əlillər üçün cinsi əlaqə vergisiz olacaq.Həmçinin xarici ölkənin vətəndaşları 50% güzəştlə intim münasibətlərdən istifadə edə bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM
ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir
“Azərenerji

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı