Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2848
az

5 uşaq küçəyə atıldı – SONUNCU 6 AYLIQDIR

15:4612 İyun, 2018
1487
  • A
 "Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin son ötən gün və bu gün yaydığı məlumat ölkəmizdə valideynlərin öz məsuliyyətlərindən xəbərsiz olduqlarını bir daha gündəmə gətirib.

İctimai Birlik tərəfindən bu gün yayılan məlumata əsasən 5 körpə valideynləri tərəfindən atılıb. Səhər anaları tərəfindən sığınacağa gətirilən körpələrdən ən kiçiyi 6 aylıqdır.

Sosial işçi Müşfiq Hümbətov Sfera.az-a açıqlamasında bildirib ki, ana imkansızlıqdan övladlarını sığınacağa atdığını deyib:

"Ana dedi ki, imkanım yoxdur, beləcə sığınacağa gəlməsindən 10 dəqiqə keçməmiş uşaqlarını qoyub getdi. Kənardan körpələri müşahidə etdik. Onlar da ana üçün ağlamadı, çox laqeyd münasibət sərgilədilər. Uşaqlar çox cılız idi. İmkansız şəraitdə qaldıqları üzlərindən bəlli idi. Gələn kimi onları yuyundurub yedizdirdik”.

6 övlada sahib olan ailə yalnız 3 yaşlı bir körpəni öz himayələrində saxlayıb:

"Ana deyir ki, atası 3 yaşlı uşağı çox sevdiyi üçün onu verməkdən imtina edib”.

M.Hümbətov 10 dəqiqə ərzində ana ilə olan dialoqdan danışıb:

"Valideynə dedikdə ki, imkanın yoxdursa, bu qədər uşağı niyə dünyaya gətirirsən, bu zaman hər biri özünə müxtəlif bəhanələrlə haqq qazandırır. Ona görə bu cür suallar da vermirik. Valideyn öncədən bunu dərk etməlidir”.

Qeyd edək ki, ötən gün də anası tərəfindən atılan 2 azyaşlının uşaq evinə yerləşdirilməsi ilə bağlı xəbər vermişdik. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət xallarından xilas edən təbii üsul
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO