Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2159
az

Stressə davamlılığınız azalıbsa, orqanizmdə bu maddənin defisiti var

19:5024 May, 2018
1048
  • A
Stress - hər bir insanın gündəlik həyatının ayrılmaz və qaçılmaz bir hissəsidir.

Oxu24şcom saglamolun.az-a istinadən bildirir ki, ailə münaqişələri, məişət problemləri və işdə yaranan problemlər səbəbindən biz, çox vaxt orqanizmin emosional və fiziki tükənmənin yorğunluq, düşkünlük, həyəcan, əsəbilik, yuxu pozğunluğu, ürək döyüntülərinin tezləşməsi kimi aşkar əlamətlərinə diqqət yetirmirik.

Stress simptomlarının maqnezium çatışmazlığının yayılmış simptomlarına bənzər olmağının səbəbi nədir? Maqneziumun əsas funksiyalarından biri sinir sisteminin müdafiəsidir. Bu səbəbdən maqnezium çatışmazlığı zamanı orqanizmin stressə qarşı dayanıqlığı azalır. Stress maqneziumun orqanizmdən xaric olunmasına səbəb olur. Orqanizmdə stress nəticəsində azalan ehtiyatları bərpa etmək üçün kifayət qədər maqnezium olmadığı halda stress vəziyyəti daha da ağırlaşır. Beləliklə, maqnezium çatışmazlığı orqanizmin stressə dayanıqlığını azaldır, stressə dayanıqlığının azalması isə maqnezium çatışmazlığının inkişafına səbəb olur.

Qıcolmalar və ağrılar - maqnezium çatışmazlığının 1 No-li müşayiətçisidir

Maqnezium bir sıra maddələr mübadiləsi reaksiyalarında iştirak edir. Həmçinin, maqnezium sinir impulslarının ötürülməsini tənzimləyir və əzələlərin yığılmasında iştirak edir. Baldır, boyun, çiyin və ya bel əzələlərinin tez-tez baş verən qıcolmaları, əzələ ağrıları - maqnezium çatışmazlığının yayılmış əlamətlərinədn biridir. Qeyd olunan simptomlar adətən günün ikinci yarısında güclənir. Çox vaxt idman ilə məşğul olan şəxslər tiklər və əzələlərdə ağrılardan əlavə baş ağrılardan da şikayət edir və qeyd olunan baş ağrıların səbəbi maqnezium çatışmazlığı ola bilər.

Orqanizmdə maqnezium çatışmazlığının yaranma səbəbləri hansılardır?

Maqnezium çatışmazlığının səbəbi nədir?

- Stresslər

- Qeyri-tarazlaşdırılmış qidalanma

- Qidada natriumun həddən artıq yüksək miqdarı (duz, dadlandırıcı maddələr)

- Həddən artıq tərləmə (idman, fiziki aktivlik və s.)

- Xəstəliklər (şəkərli diabet, hiper- və ya hipotireoz, ürək xəstəlikləri, arterial hipertenziya)

- Dərman vasitələrinin qəbulu (sidikqovucu, işlədici dərman vasitələri, antibiotiklər və bir sıra digər preparatlar orqanizmdən maqneziumun xaric edilməsini gücləndirir)

Böyüklərin maqneziuma olan gündəlik tələbatı 250-400 mq təşkil edir. Maqnezium orqanizmdə istehsal olunmur, müasir həyat şəraitində isə yalnız qida ilə kifayət qədər maqnezium almaq mümkün deyil.

Qida məhsullarının tərkibindəki maqnezium hansı səbəbdən bizim orqanizm üçün kifayət deyil? Kliniki tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qida məhsullarından orta hesabla maqneziumun 1/5 hissəsi mənimsənilir. Maqneziumun orqanizmdə saxlanılması üçün müəyyən "fiksator" lazımdır ki, o da В6 vitamini (piridoksin) ola bilər.

В6 maqneziumun mənimsənilməsinə kömək edir və maqneziumu orqanizmin hüceyrələrində saxlanılmasını təmin edir. Emal Qida məhsullarının emalı zamanı onların tərkibindəki maqneziumun səviyyəsi nəzərəçarpan dərəcədə azalır.

Məsələn, taxılın emalından sonra un məmulatlarında maqnezium demək olar ki mövcud deyil

Qida məhsullarının emalı zamanı onların tərkibindəki maqneziumun səviyyəsi nəzərəçarpan dərəcədə azalır. Məsələn, taxılın emalından sonra un məmulatlarında maqnezium demək olar ki mövcud deyil.

Orqanizmdə maqneziumun çatışmazlığını necə bərpa etmək olar?

Sağlam qidalanma orqanizmdə maqneziumun normal səviyyəsinin saxlanılmasını təmin edir. Qoz, badam, buğda kəpəyi və lobya maqnezium ilə ən zəngin qida məhsulları hesab edilir. Lakin  çatışmazlığı aradan qaldırmaq üçün həkimin məsləhəti ilə maqnezium tərkibli preparat qəbul edilməlidir.

Maqneziumun orqanik duzundan və B6 vitaminindən (piridoksin) ibarət olan tarazlaşdırılmış preparat orqanizmdə maqnezium çatışmazlığını effektiv olaraq tənzimləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Döş xərçəngindən qorunmağın 5 YOLU
Bakıda DƏHŞƏT: oğlan bıçağı sevgilisinin ürəyinə sancdı
Ət xallarından xilas edən təbii üsul

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ