Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2079
az

18 min yeni iş yeri açılır - NAZİRDƏN ŞAD XƏBƏR

10:3423 May, 2018
1645
  • A
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Oxu24.com  xəbər verir ki, nazir Şahin Mustafayev qeyd edib ki, 2018-ci ilin I rübündə sahibkarlara dəstək məqsədilə digər mexanizmlərdən də səmərəli istifadə olunub. Belə ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 241 sahibkarlıq subyektinə 271 investisiya təşviqi sənədi verilib. Bu layihələr nəticəsində yerli istehsala 2,5 mlrd. manat investisiya yatırılacaq, 18 mindən çox yeni iş yeri açılacaq.

Nazir Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimində dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Kollegiya iclasında dövlət başçısının andiçmə mərasimindəki çıxışından irəli gələn tapşırıq və vəzifələrin icrasına dair xüsusi Tədbirlər Planı təsdiq edilib, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında digər cari məsələlər də müzakirə edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü
Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
“Depressiyaya düşmək zəif iradənin nəticəsidir” - PSİXOLOQ FİKRİ

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM