Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1477
az

Şəkər xəstələri niyə dərman tapmır?Vətəndaş şikayət, baş həkim təkzib edir

13:0807 May, 2018
1539
  • A

Bakı şəhər sakini Ömüralıyeva Xanım tərəfindən Femida.az-a müraciət daxil olub.


Bakı şəhəri,Suraxanı rayonu, Maştağa qəsəbəsində yaşayan sakin 7 nömrəli poliklinikada şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələrinin çatışmazlığından narazılığını ifadə edib. 


“ Mən artıq bir neçə ildir ki, şəkər xəstəsiyəm. Bildiyiniz kimi şəkər xəstələri üçün dərman və iynə vasitələri dövlət tərəfindən pulsuz verilir. Mənim yaşadığım Maştağa qəsəbəsində yerləşən 7 saylı poliklinikanın həkimi Rəna Murtuzayeva bizim vaxtında iynə, dərman vasitələrimizi almağımıza maneə yaradır. Biz şəkər xəstələri dərmanları vaxtında qəbul etməliyik. Bunu gecikdirdikdə səhhətimiz üçün ciddi problemlər ola bilər. Elə olur ki, dərmanlar verilmədiyinə görə, öz pulumuz hesabına başqa yerlərdən alırıq. Bildiyimə görə, həmin dərmanların pulnan satışı isə qadağan olunub.Əgər, bu qadağa varsa, necə olur ki, başqa yerlərdə həmin dərman vasitələri satılır?”


Şikayətçi həmçinin adı qeyd olunan həkimin xəstələrlə çox kobud davranmasından da şikayətlənib.

“ Maştağada yerləşən 7 saylı poliklinika 3 qəsəbəyə baxır. Bu isə xəstələrin uzun növbəyə durmasına səbəb olur. Üstəlik də həkimin kobud davranışı əlavə bir əzabdır.Mən Səhiyyə Nazirliyindən xahiş edirəm ki, bu məsələni nəzərə alsınlar. Bizim poliklinikaya əlavə həkim göndərilməsinə ehtiyac var.”

Femida.az vətəndaşın müraciəti ilə bağlı 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səfərova Səriyyəxanımla əlaqə saxlayıb. Baş həkim vətəndaşın bəzi iddialarını təkzib edib.


“ Gün ərzində onlarla xəstə qəbul edirik.Düzdür, arada dərman çatışmazlığı olur.Amma biz çalışırıq ki, digər əvəzləyici dərman vasitəsi ilə xəstələri razı salaq. Sizin qeyd etdiyiniz Ömüralıyeva Xanımın müraciətini də araşdırdım.Həmin vətəndaş elə bu gün dərman vasitələrini alıb.Qaldı ki, Rəna həkimin kobud davranışına bu məsələni də araşdıracam. Əgər, belə hal baş veribsə, qanun çərçivəsində tədbirlər görüləcək”, deyə baş həkim bildirib.
Keçən ilin statistik göstəricilərinə əsasən, Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı 226 min nəfər təşkil edir.

Ümumiyyətlə, son 10 il ərzində ölkəmizdə şəkərli diabet xəstələrinin sayı bir neçə dəfə artıb.
Qeyd edək ki, dövlət bu xəstəlikdən əziyyət çəkən insanlara güzəştlər nəzərdə tutub. Belə ki, “Şəkərli diabet üzrə Dövlət Proqramı”nda 19 dərman preparatı və TTV-nin əhaliyə pulsuz verilməsi barədə göstəriş qeyd olunub.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO
“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu