Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35082
az

Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA - 50 nəfər karantinə alındı

16:4010 İyul, 2020
631
  • A

AFB Bank ASC-də işçilərin kütləvi koronavirusa yoluxma faktı aşkarlanıb.

Oxu24.com  NOCOMMENT.az-a istinadən məlumat verir ki, bir müddət əvvəl AFB Bank-da işçilər arasında kütləvi yeni COVİD-19 virusuna yoluxma müəyyən edilib. Qısa müddət ərzində bankın təqribən 50 nəfərə yaxın əməkdaşı karantinə alınıb.

Bank işçiləri arasında aşkar edilən kütləvi yoluxma bankın gündəlik iş rejiminə ciddi təsir edib.

Belə ki, bank filiallarında əməkdaşlar arasında mütəxəssis çatışmazlığı yaranıb. Bu zaman bank rəhbərliyi işçilər arasında rotasiya yolu ilə transfer həyata keçirir.

Bankın rəsmi səhifəsində qeyd edilən nömrələr ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Qeyd edək ki, “AFB Bank” ASC 2008-ci il tarixdə Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış və 2009-cu ildən etibarən fəaliyyətə başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Dolmadan narkotik çıxdı - FOTO