Telekanallara rəhbərlik edənlər kimlərdir? - Maraqlı DOSYELƏR
15 May 2025, 19:25
Qaynar xətt:
(+99450) 247 90 86Bakıda HİV viruslu xəstələr niyə əməliyyat olunmur? — Tanınmış həkimlərin “yox” cavabının məsuliyyəti (ARAŞDIRMA)
AKTUAL
4854
12.05.2025, 14:16
Oxu24.com cəmiyyət üçün əhəmiyyət kəsb edən problemlərin işıqlandırılmasını davam etdirir.
Ötən yazımızda İİV (HİV-QİÇS) virusunun cəmiyyət,insanlar üçün necə təhlükəli bir bəla olması barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ilə müsahibəni təqdim etdikdən sonra çoxsaylı müraciətlər aldıq. Sözügedən müraciətləri nəzərə alaraq İİV (HİV-QİÇS) virusuna yoluxmuş şəxslərin qarşılaşdığı ən böyük problemi araşdırdıq. Bu,İİV-ə yoluxmuş şəxslərin cərrahi əməliyyat zamanı qarşılaşdıqları problemlə bağlıdır.
Anonim olaraq saytımıza müraciət edən N.M-a bildirib ki, səhəttində yaranan problemlə bağlı əməliyyat keçirmək istəsə də,Azərbaycanda həkim tapa bilməyib. Getdiyi bütün xəstəxanalar və həkimlər “səndə HİV virusu var,səni əməliyyat edə bilmərik”,-deyərək onu qapıdan geri qaytarıb.
Azərbaycanda əməliyyat oluna bilmədiyini görən qadın kredit götürərək Türkiyənin Ankara şəhərində yerləşən klinikaların birinə üz tutub.Bu,kiçik əməliyyat ona həm maddi,həm də mənəvi zərbə vurub.
Araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycanda İİV virusuna yoluxmuş şəxsin hər hansı bir cərrahi əməliyyat keçirməsi həqiqətən də müşkülə çevrilib. Bir sözlə İİV viruslu xəstə təcili əməliyyat zərurəti ilə qarşılaşarsa,demək olar ki, köməksiz vəziyyətdə qalmalı olur. Araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən xəstəxanaların və cərrahların böyük qismi qanında İİV (QİÇS) virusu olan xəstələri əməliyyata götürməkdən imtina edirlər.
Bəs,belə olan halda bu virusu bədənində daşımağa məcbur olan xəstə nə etməlidir?
İİV viruslu xəstə harada və necə əməliyyat olunmalıdır?Bu suala cavab tapmaq məqsədi ilə araşdırmaya başladıq.
İlk olaraq ölkədə üzdə olan cərrahlara üz tutduq.Qanında HİV virusu aşkarlanan xəstəni əməliyyat edirsinizmi müraciətimizə demək olar ki, bütün həkimlər və xəstəxanalar “yox” cavabını verdi.
Müraciət etdiyimiz Plastik cərrah Dilqəm Məhərrəmovun köməkçisi “biz belə xəstələri qəbul etmirik”, cavabını verdi.
Cərrah-oftolmoloq Cahid Şahbazova da müraciətimiz eyni cavabla nəticələndi.
Plastik,Rekonstruktiv və Estetik Cərrah Mircəfər Seyidov da HİV-li xəstələrdən imtina edənlər siyahısındadır.
Növbəti müraciət etdiyimiz cərrah Nəzmin Musayeva bildirib ki, onun təcrübəsində HİV-li xəstələrin əməliyyatı olub.
Siyahını istənilən qədər uzada da bilərik.Sadəcə buna gərək yoxdur. Görünən odur ki, ölkədə HİV virusu olan xəstənin başına bir iş gələrsə,onu əməliyyat etməyə həkim tapmaq mümkün olmayacaq.
Bu,həmin xəstələr,onların yaxınları və ailə üzvləri üçün böyük bəla deyilmi?Mövzunu davam etdirib,rəsmi şəxslərin də mövqeyini öyrəndik.
Millət vəkili problemə münasibət bildirdi...
Həmçinin oxuyun
Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini,millət vəkili, t.e.d. ürək-damar cərrahı Rəşad Mahmudov qeyd olunan problemlə bağlı Oxu24.com saytına açıqlama verib.
“Bəli, əfsuslar olsun ki, ölkəmizdə belə vəziyyətlə qarşılaşmaq halları var. Xüsusi ilə tibbi xidmətlərdən imtina edən həkimlər,cərrahlar,xəstəxanalar reallıqları ölkəmizdə var. Onlar müxtəlif bəhanələrlə İİV virusu olan xəstələri əməliyyat etməkdən imtina edirlər. Bu,ilk növbədə qeyri-peşəkar və qanunsuz davranışdır. Bildirmək istəyirəm ki, ölkəmizdə İİV-lə yaşayan xəstələrin hüququları qanunla qorunur. Onların tibbi xidmətlərdən istifadəsi qətiyyən məhdudlaşdırıla bilməz.Əgər,qanında İİV virusu aşkarlanan şəxsin əməliyyatından imtina edilirsə,bu,ciddi qanun pozuntusudur. İkincisi,bir həkim kimi deyə bilərəm ki, tibbi normal şəkildə inkişaf etmiş ölkələrdə İİV virusu olan şəxslərin əməliyyat olunmasında heç bir əngəl yoxdur.Sadəcə həmin virusun aktivlik dərəcəsinə görə,xüsusi qorunma mexanizmi protokolları var. Həmin protokol tətbiq olnarsa,heç bir problem yaşanmır”,-deyə Rəşad Mahmudov bildirib.
Həkim HİV-li xəstəni əməliyyat etdiyini də açıqlayıb.Amma...
“Bildirmək istəyirəm ki,yaxın keçmişdə fəaliyyət göstərdiyimiz Mərkəzi Gömrük Hospitalında da belə bir halnan rastlaşmışdıq. Ölkədə infeksionistlərin və bir çox cərrahiyə bloklarında işləyən insanların bu hadisələrə qarşı nə qədər müqavimətli olduğunun şahidi olduq. Amma buna baxmayaraq klinik protokollara uyğun bir şəkildə ən mürəkkəb əməliyyat, açıq ürək əməliyyatı bu xəstə üzərində uğurla tamamlandı. Nə özü üçün, nə də ətrafda heç bir təhlükə yaratmadıq.
Ona görə də bildirmək istəyirəm ki,əminik ki, bu mövzuda ölkəmizdə səhiyyə işçilərinin və eləcə də tibb müəssisələrinin bu xəstələrə qarşı olan münasibətində maarifləndirməni artıraraq biz gələcəkdə bu sistemin daha sağlam bir şəkildə işini görməsi üçün imkan yarada bilərik. Ayrıca da,onu da demək istəyirəm ki,belə bir hadisələr olduğu zamanda da,mütləq bir şəkildə həmin şəxslər Səhiyyə Nazirliyinə və aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərlər”,-deyə millət vəkili qeyd edir.
Oxu24.com məsələnin hüquqi tərəfinə də nəzər salıb. HİV-li xəstələri yarıyolda qoyan,köməksiz buraxan cərrahları nə gözləyir?Onlar həbs oluna bilərmi?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki, HİV daşıyıcısı olan şəxslərə tibbi yardımın göstərilməsindən imtina etmək qanunsuzdur və bu hərəkətlər xəstənin sağlamlığına vurulmuş zərərin dərəcəsindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.
“Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Bu konstitusion hüquq istisnasız olaraq hər kəsə aid olduğundan, HİV daşıyıcısı olan xəstələrə də aiddir.
Bununla yanaşı nəzərə alınmalıdır ki, tibb işçiləri HİV – lə yoluxmanın yuxarı risk qrupuna aiddir. Xüsusilə cərahiyyə əməliyyatlarını həyata keçirən həkim cərrahların yoluxma riski daha yuxarıdır. Bu səbəbdən də bəzən həkim cərrahlar yoluxmadan ehtiyat etdikləri üçün həmin xəstələrin cərrahi əməliyyatından imtina edirlər.
Hesab edirəm ki, sadəcə cəza təhdidinin və müəyyən normativ qaydaların mövcudluğu məsələnin effektiv həlli üçün kifayət etmir. Əlbəttə ki, HİV daşıyıcısı ilə təmasda olan həkim və digər tibb işçiləri qoruyucu vasitələrlə özlərinin maksimum qorunmasını təmin etməli, maksimum diqqətli və ehtiyatlı olmalı, tibbi yardım başa çatdıqdan sonra istifadə etdikləri tibbi alətlərin sterilizasiyası və s. bu kimi tədbirləri görməlidirlər. Lakin bəzi tibbi yardım növlərinin, xüsusilə də cərrahi əməliyatların xüsusi gərginliklə həyata keçirilməsi şəraitində hansısa qorunma tədbirinin lazımi qaydada görülməməsi yaxud unudulması və s. nəticəsində tibb işçilərinin yoluxması istisna edilmir. Bir tibb işçisinin yoluxması isə ona müraciət edən HİV daşıyıcısı olmayan pasiyentlərin də sağlamlığını təhlükə altına ala və onların da HİV-ə yoluxmasına səbəb ola bilər.
Ona görə də HİV daşıyıcısı olan şəxslərin istənilən müayinə və müalicəsinin bu sahədə ixtisaslaşdırılmış tibb müəssisində və ixtisaslaşdırılmış tibb işçiləri tərəfindən aparılması daha məqsədəmüvafiqdir”,-deyə vəkil bildirib.
Oxu24.com mövzu ilə bağlı araşdırmaları davam etdirir. Yazının II hissəsində rəsmi qurumların mövqeyini,HİV(QiÇS) xəstəliyi olan şəxslərin harada və necə əməliyyat ediləməli olduğu barədə suallara cavabı təqdim etməyə çalışacağıq.
Qeyd edək ki,Oxu24.com saytı bundan öncə kişilərdə və qadınlarda süd vəzi xərçəngi xəstəliyi ilə bağlı araşdırma təqdim etmişdi.Sözügedən müsahibəni linkdən oxuya bilərsiniz.
Hazırladı: Miri Məcidli
14:00 / 22 May 2025
Şeyxin səlahiyyətləri AZALDILDI
1
13:56 / 22 May 2025
Trampdan şok açıqlama
3
13:55 / 22 May 2025
Rusiya və Belarusiyaya sərt tələb
3
13:40 / 22 May 2025
Samara hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
10
13:36 / 22 May 2025
Maliyyə Nazirliyi: Azərbaycanda regional maliyyə idarələri yaradılıb
13
13:16 / 22 May 2025
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
21
13:05 / 22 May 2025
Kənan Quluzadəyə yeni vəzifə verildi
32
13:00 / 22 May 2025
Prezidentdən yeni təyinat
745
13:00 / 22 May 2025
Bakı metrosunda pik saatlarda interval azaldılıb
22
12:43 / 22 May 2025
Sabirabadda öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı
112
12:42 / 22 May 2025
Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb
30
12:38 / 22 May 2025
Sabahın havası necə olacaq?
97
12:13 / 22 May 2025
Ceyhun Rüstəmov Allahşükür Paşazadənin müavini TƏYİN EDİLDİ
70
12:05 / 22 May 2025
Ali Məhkəmə məlumat yaydı
39
11:48 / 22 May 2025
Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat
241
11:39 / 22 May 2025
QMİ Qurban bayramı ilə bağlı fətva verib
70
11:25 / 22 May 2025
750 abonentin qazı kəsilib
48
11:21 / 22 May 2025
Prezident sərəncam imzaladı - Pul ayrıldı
492
11:15 / 22 May 2025
Bakıda narkotacirlikdə şübhəli bilinən şəxs tutulub
42
11:13 / 22 May 2025
Pensiyalarla bağlı şad xəbər
365
11:10 / 22 May 2025
Azərbaycan XİN İsrailə başsağlığı verib
46
11:06 / 22 May 2025
Baş nazir benzin və dizellə bağlı qərar imzalayıb
878
10:58 / 22 May 2025
Ceyhun Bayramov ilə BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub
35
10:51 / 22 May 2025
Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər
843
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.