Qaynar xətt:

(+99450) 247 90 86

Ağır  qəza  baş verib: Ölən və yaralılar var 

KRİMİNAL

1656

09.05.2025, 14:33

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Tayota Prado” markalı avtomobil Lənkəran rayonu istiqamətdə hərəkətdə olarkən bir neçə dəfə aşıb və yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə, ilkin məlumata görə, bir azyaşlı ölüb. Avtomobildə olan digər sərnişinlər arasında da ölən və yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)