Qaynar xətt:

(+99450) 247 90 86

Qayınata gəlininin həyatına son qoydu 

KRİMİNAL

1372

05.05.2025, 19:44

Bakıda qətl hadisəsi baş verib.

Oxu24.com  Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Qətli törətməkdə şübhəli bilinən A.Əliyev şübhəli şəxs qismində saxlanılıb.