SON DƏQİQƏ! Sərhəddə atışma: Ölən və yaralılar var
27 Aprel 2025, 14:07
Qaynar xətt:
(+99450) 247 90 86"Yetim Sabir"in adamları Bakıda evə atəş açıb videosunu çəkdilər - Kriminal hesablaşma
KRİMİNAL
3236
15.04.2025, 12:33
Şəmkirli kriminal avtoritet "Yetim Sabir" üçün Bakıda sifariş yerinə yetirən uşaqlıq dostu saxlanılıb. Həmin şəxs Bakıda qisas məqsədi ilə düşmənçilik etdikləri adamın evinə gedərək onun qapısına iki dəfə atəş açıb.
Oxu24.com musavat.com-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl "TikTok" sosial şəbəkəsində "Yetim Sabir" ilə kriminal aləmə yaxınlığıyla bilinən Adil adlı şəxs arasında mübahisə olub.
Tərəflər sosial şəbəkə hesablarından bir-birini təhqir ediblər. Daha sonra Adilin evinin qapısına iki dəfə atəş açılması ilə bağlı videogörüntü "TikTok"da paylaşılıb.
Bu hadisədən sonra polis Bakıda əməliyyat keçirib və 5 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılan Qismət adlı şəxs "Yetim Sabir"in uşaqlıq dostu olub və çox yaxın münasibətləri var.
Qismətlə Adili tanış edən də "Yetim Sabir" olub. "Yetim Sabir"in istəyi ilə Adillə Qismət Bakıda görüşüblər və bir müddət sonra yaxın dostluq münasibətləri yaranıb. Lakin aylar sonra Adillə "Yetim Sabir" arasında mübahisə yaranıb və bir-birlərinin kriminal aləmdəki yollarının doğru olmadığını deyiblər. Bu mübahisə sosial şəbəkə üzərindən aparılıb və tərəflər bir-birlərini təhqir ediblər.
"Yetim Sabir"lə Adil arasındakı davada Qismət birincinin tərəfini tutub. Həmin ərəfədə Qismətdə "Makarov" tapançası olub. Tapançanı da aylar əvvəl münasibətlər yaxşı olanda "Yetim Sabir"in göstərişi ilə Qismətə Adil veribmiş.
Mübahisə böyüdükdən sonra "Yetim Sabir" və Qismət Adili cəzalandırmaq qərarına gəliblər. Bu məqsədlə onun evinə gedərək qapısına iki dəfə atəş açıblar.
Qismət istintaqdakı ifadəsində "Yetim Sabir"lə əlaqələrinin olduğunu deyib. Bildirib ki, "Yetim Sabir"lə uşaqlıq dostudur.
Həmçinin oxuyun
Onun sözlərinə görə, "Yetim Sabir"in istəyi ilə Adil adlı şəxslə dostluq münasibətlərini möhkəmləndirib. Lakin bir müddət sonra Adil ona "Yetim Sabir"in yolunun doğru olmadığını, Sübhan adlı kriminal avtoritetin doğru yolda olduğunu deyib. Sübhanı dəstəkləməsini istəyib. Buna görə də aralarında mübahisə yaranıb.
"Mübahisə böyüyəndə Adil məni görüşə çağırdı. Görüşə gedəndə onun telefonuna zəng çatmadı. Sonra qayıdıb evə gəldim. Gördüm ki, "TikTok"da Sübhanla Adil video paylaşıb və guya mənim söhbətə gəlmədiyimi, qorxduğumu deyiblər. Mən də Adilin evinə getdim. Qapılarına iki güllə atdım. Bu zaman "Yetim Sabir"lə telefonla danışırdım və görüntülü ona hər şeyi göstərirdim", - deyə Qismət ifadəsində qeyd edib.
Qismətin etdiyi hərəkəti "Yetim Sabir" "TikTok"da paylaşıb və bunu Adilin və onu dəstəkləyənlərin cəzalandırılması kimi şərh edib.
Hadisədən bir neçə saat sonra Qismət Bakını tərk etmək üçün Hava Limanına yollanıb. Qismət Hava Limanında saxlanılıb.
Əməliyyat zamanı Qismətin əlaqədə olduğu Fərid, Ümid və Nicat adlı şəxslər də saxlanılıb. Onlara məxsus evdən külli miqdarda narkotik vasitə aşkar edilib. Saxlanılanlara qarşı bir qrup şəxs halında odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə maddələri ilə ittiham irəli sürülüb.
Digər tərəfdən isə Adil saxlanılıb. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə ittiham irəli sürülüb.
Adil ifadəsində "Yetim Sabir"lə Türkiyədə görüşdüyünü, əvvəllər münasibətlərinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, Qismət onların qapısına iki dəfə atəş açanda anası evdə olub. Lakin anası atəş səslərini eşitməyib.
Məhkəmənin hökmü ilə Qismət 8 il azadlıqdan məhrum edilib. Adil və digər 3 nəfər isə hər biri 7 il azadlıqdan məhrum ediliblər.
17:04 / 27 Aprel 2025
Prezident başsağlığı verdi
84
16:53 / 27 Aprel 2025
Makron yenə biabır oldu: Tramp-Zelenski görüşündə... - VİDEO
11
16:37 / 27 Aprel 2025
Ölümündən əvvəl bütün pullarını bu quruma verib
18
15:50 / 27 Aprel 2025
Əgər hər dəfə çölə çıxanda başınız ağrıyırsa, səbəbi bu ola bilər
26
15:26 / 27 Aprel 2025
Telefonla danışmayın! — FHN əhaliyə xəbərdarlıq edir
655
15:17 / 27 Aprel 2025
"Cəmiyyətimizdə çox vaxt qadınlar həmcinslərinə rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür" — Psixoloqla müsahibə
5427
15:04 / 27 Aprel 2025
İki ürəyi,iki başı,bir bədəni olan birləşik əkizlər — Onlar belə yaşayır (VİDEO)
149
14:22 / 27 Aprel 2025
DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi: Aprelin 27-si axşam...
337
14:10 / 27 Aprel 2025
Bəndər-Abbasda partlayış: Çindən gələn gəmidə nə olub?
53
14:07 / 27 Aprel 2025
SON DƏQİQƏ! Sərhəddə atışma: Ölən və yaralılar var
740
13:41 / 27 Aprel 2025
Bakıda yağış, dağlarda qar -hava praqnozu
56
13:13 / 27 Aprel 2025
Təzə yumurtanı köhnədə necə ayırd edək?
61
12:49 / 27 Aprel 2025
"Pilotlu təyyarələr dərhal məhv ediləcək"
112
12:29 / 27 Aprel 2025
Bu küçədə hərəkət məhdudlaşdırıldı
61
12:19 / 27 Aprel 2025
Bu ticarət mərkəzində giriş bağlandı
85
12:04 / 27 Aprel 2025
Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib
76
11:57 / 27 Aprel 2025
Dəhşətli zəlzələ təhlükəsi: İstanbulda
70
11:29 / 27 Aprel 2025
Xalq artisti həyat yoldaşı ilə barışıb.
84
11:17 / 27 Aprel 2025
COVID-19-dan sağ qalanların diqqətinə
87
10:56 / 27 Aprel 2025
Yeni nazir Trampa mesaj göndərdi
87
10:45 / 27 Aprel 2025
İki ölkə arasında döyüşlər başladı
167
10:26 / 27 Aprel 2025
Mənzildə meyit tapıldı
91
10:13 / 27 Aprel 2025
Yeganə övladı şəhid olan ailədə yeni körpə doğulub — FOTOLR
579
10:06 / 27 Aprel 2025
XİN İrana başsağlığı verdi
110
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.