Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın 18 yaşlı şəhidi: Onu siz də tanıyın!

HƏRBİ

6187

15.05.2021, 15:57

İntizam Qaçayev (tam adı: İntizam Əkbər oğlu Qaçayev; 14 dekabr 2001; Göyçay, Azərbaycan — 23 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.


Həyatı
İntizam Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub.
Subay idi.

Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan İntizam Qaçayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. İntizam Qaçayev oktyabrın 23-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.