Qaynar xətt:

(+99450) 247 90 86

Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ 

CƏMİYYƏT

1833

07.05.2025, 16:22

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Bu barədə Oxu24.com-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.