Ağsu aşırımında yenidən torpaq sürüşməsi oldu
20 May 2025, 21:30
Qaynar xətt:
(+99450) 247 90 863 vəzifəyə təyinat oldu — ADLAR +FOTO
CƏMİYYƏT
1342
05.05.2025, 13:36
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) hüquq, insan kapitalının idarəolunması və daxili audit departamentlərinin rəhbəri vəzifələrinə təyinatlar olub.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq AZCON-dan bildirilib.
Belə ki, Toğrul Nurəddin oğlu Quluzadə AZCON-da baş hüquq inzibatçısı – Hüquq departamentinin direktoru vəzifəsinə təyin edilib.
T.Quluzadə 1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və Riqa Ali Hüquq Məktəbində Beynəlxalq kommersiya hüququ üzrə, daha sonra isə Belçikanın Gent Universitetində Beynəlxalq və Avropa İttifaqı biznes hüququ üzrə magistratura təhsili alıb. O, hazırda Niderlandın Leyden Universitetində Korporativ hüquq, Beynəlxalq investisiya hüququ və Arbitraj hüququ sahələri üzrə, hüquq elmləri üzrə fəlsəfə doktoru namizədidir.
T.Quluzadə həm yerli, həm də beynəlxalq şirkətlərdə, o cümlədən BHM Hüquq Şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (Formula-1 Azərbaycan) hüquq meneceri, “Aqrar Təchizat və Tədarük” ASC və “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Hüquq departamentinin direktoru vəzifəsində işləyib. Hazırda o London Beynəlxalq Arbitraj Məhkəməsi və Vyana Beynəlxalq Arbitraj Mərkəzində arbitr hakimi və Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. T.Quluzadə, həmçinin BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasında tədqiqatçı kimi fəaliyyət göstərib. O həm də ADA Universitetinin müəllimidir.
Holdinqin Baş insan resursları inzibatçısı – İnsan kapitalının idarəolunması departamentinin direktoru vəzifəsi Elnur Eldar oğlu Hüseynova həvalə olunub.
Həmçinin oxuyun
E.Hüseynov 1987-ci ildə anadan olub. Böyük Britaniyanın Uels Universitetində Biznesin idarə edilməsi üzrə bakalavr, Heriot-Vatt Universitetinin Edinburq Biznes Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistratura təhsili alıb. O, əmək fəaliyyətinə “Azərsun Holding” MMC-də başlayıb. 2011-ci ildən etibarən SOCAR-da müxtəlif vəzifələrdə çalışıb, 2023-cü ildən etibarən həmin qurumun İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəhbəri olub. Corc Vaşinqton Universiteti və Dyuk Universitetində beynəlxalq ixtisasartırma proqramlarında iştirak edib.
Rəşadət Afiq oğlu Məmmədov isə baş audit inzibatçısı – Daxili audit departamentinin direktoru vəzifəsinə təyin edilib.
R.Məmmədov 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Gömrük işinin təşkili üzrə bakalavr, Amerika Birləşmiş Ştatlarının Troy Universitetində Biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. 2013-2019-cu illərdə “Deloitte & Touche”, “PwC” kimi şirkətlərdə auditor, baş auditor və audit üzrə menecer vəzifələrində çalışıb. 2019-2022-ci illərdə “Lu-Mun Holding” və “AZMADE Group”da Daxili audit departamentinin direktoru və Audit komitəsinin sədri vəzifələrində işləyib. O, həmçinin Azərbaycan İnvestisiya Holdinqində Daxili audit departamentinə rəhbərlik edib. O, eyni zamanda müxtəlif dövlət müəssisələrinin Audit komitələrinin sədri və üzvü olub. 2018-ci ildən etibarən Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
23:40 / 20 May 2025
Bakıda məşhur restoranda yanğın - VİDEO
54
23:10 / 20 May 2025
Ermənistan sərhədində zəlzələ oldu
58
22:34 / 20 May 2025
Bakı-Quba yolunda zəncirvari qəza: Ölən və yaralananlar var - Foto
75
22:00 / 20 May 2025
Aİ də Suriyaya qarşı sanksiyaları ləğv edir
45
21:30 / 20 May 2025
Ağsu aşırımında yenidən torpaq sürüşməsi oldu
64
21:20 / 20 May 2025
Azərbaycanda erkən nikah qurbanları ən çox bu RAYONLARDADIR
64
21:10 / 20 May 2025
Baş Prokurorluq açıqlama yaydı
64
20:50 / 20 May 2025
Sabah Bakının bu ərazisində işıq olmayacaq
72
20:35 / 20 May 2025
İmişlidə traktorun qoşqusu və iki tondan artıq ot bağlaması yanıb
87
20:21 / 20 May 2025
Ağstafada 27 yaşlı kişi bıçaqlanıb
71
20:19 / 20 May 2025
Müğənnilər arasında efirdə dava düşdü - VİDEO
466
20:12 / 20 May 2025
ABŞ Suriya hakimiyyətinə kömək etməyə hazır olduğunu açıqlayıb
67
20:05 / 20 May 2025
Belarus Haaqa Məhkəməsində Litvanın iddiasına reaksiya verib
79
20:02 / 20 May 2025
Röya bu paltara 160 min manat verib?
288
20:00 / 20 May 2025
Amerikalılar Trampın Putinə münasibətindən narazıdırlar
74
19:38 / 20 May 2025
Rusiya miqrantları müharibəyə göndərir - RƏSMİ
78
19:36 / 20 May 2025
ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyir
70
19:34 / 20 May 2025
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
82
19:23 / 20 May 2025
DİN hadisə ilə bağlı açıqlama yaydı: Bataqlıqda gizləniblərmiş - ŞOK DETALLAR
1683
19:21 / 20 May 2025
Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir
78
18:55 / 20 May 2025
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
81
18:45 / 20 May 2025
Tramp və Pentaqon rəhbərinin birgə çıxışı olacaq
81
18:33 / 20 May 2025
ABŞ fələstinli qaçqınlara yardım sisteminin dəyişdirilməsinə icazə verdi
83
18:28 / 20 May 2025
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
114
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.