Qaynar xətt:

(+99450) 247 90 86

Həmin maşında görün kimlər olub  —  "Uçan" taksinin videosu

CƏMİYYƏT

23874

10.04.2025, 16:35

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadına  zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

1974-cü il təvəllüdlü kişiyə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Həmin qəzadan videonu təqdim edirik: