Qaynar xətt:

(+99450) 247 90 86

Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq?

CƏMİYYƏT

1849

09.04.2025, 11:37

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.

Oxu24.com-un xəbərinə görə,APA-nın məlumatına görə, bu barədə təqdimat Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.