Sabahın havası necə olacaq?
17 Aprel 2025, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86“28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama
CƏMİYYƏT
1082
09.04.2025, 11:09
Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni, “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək.
Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşasıdır.
Oxu24.com xəbər verir ki, rəsmi məlumatın yayılması sosial şəbəkədə böyük müzakirə və narahatlıqlara səbəb olub. İddia olunur ki, təmir işləri təxminən 6 ay sürəcək. Paytaxtın ictimai nəqliyyat yükünün böyük hissəsini təşkil edən Bakı metrosunda aparıcı stansiyalardan birinin uzun müddət işləməməsi isə onsuz da iflic vəziyyətdə olan yerüstü nəqliyyatın tamamilə yararsız hala düşməsi deməkdir. Məsələn, metronun “Əcəmi” stansiyasından “Nərimanov”a getmək istəyən sərnişin bunun üçün “Nizami” stansiyasına getməli, yolunun qalan hissəsini isə bir və ya bir neçə marşrut avtobusu ilə davam etdirməlidir.
Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.
Həmçinin oxuyun
Məsələ ilə bağlı daha detallı məlumat almaq üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, təmir işlərinə bu lin son aylarında başlanılacaq:
“28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət “Cəfər Cabbarlı” –“Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub.
Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”.
Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı il-ildən artır. Belə ki, statistikaya görə, ötən il ərzində 229 584 259 sərnişin yeraltı nəqliyyatdan istifadə edib. Əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub.
16:55 / 17 Aprel 2025
Prezident sərəncam imzaladı
1
16:38 / 17 Aprel 2025
Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - Foto
85
16:19 / 17 Aprel 2025
Azərbaycanda bu şəxslər plastik əməliyyat edə bilər — RƏSMİ SİYAHI
83
16:12 / 17 Aprel 2025
Çinin Amerika neftinə ehtiyacı yoxdur
17
16:11 / 17 Aprel 2025
Sabahın havası necə olacaq?
19
16:03 / 17 Aprel 2025
Hesablama Palatası: “İçərişəhər”də büdcə vəsaitləri qanunsuz xərclənib
23
15:55 / 17 Aprel 2025
Amerika Yaxın Şərqdə təsirini itirə bilər
25
15:38 / 17 Aprel 2025
Orduxan da prokurorluğa çağırıldı
32
15:35 / 17 Aprel 2025
Putin Rusiyanın Suriyada nəyi hədəflədiyini açıqlayıb
30
15:35 / 17 Aprel 2025
İİV-in müalicəsində hansı dərmanlardan istifadə olunur? — Həkimlə MÜSAHİBƏ
929
15:33 / 17 Aprel 2025
Avropa Ukrayna ilə bağlı razılığa gələ bilmir
29
15:18 / 17 Aprel 2025
Suqovuşanda faciə:Ölən var
240
15:14 / 17 Aprel 2025
Moldova parlament seçkilərini gözləyir
30
15:14 / 17 Aprel 2025
Rutube Özbəkistanda bloklanıb
28
15:09 / 17 Aprel 2025
Tramp FED rəhbərini mümkün qədər tez istefaya çağırır
35
15:03 / 17 Aprel 2025
Britaniya Ukraynada hakimiyyətin əslində kimin olduğunu açıqlayıb
47
14:38 / 17 Aprel 2025
Mirşahinin qardaşı həbs edildi
578
14:31 / 17 Aprel 2025
Prada Rusiya bazarına qayıtdı
43
13:59 / 17 Aprel 2025
Ailənin yeganı övladı idi,şəhid oldu — Adilsiz keçən 32-ci yaş...
375
13:45 / 17 Aprel 2025
Röyanın arxiv FOTOSU
162
13:42 / 17 Aprel 2025
26 kənddə qaz olmayacaq
55
13:09 / 17 Aprel 2025
Pensiyalarla bağlı VACİB XƏBƏR: 59 yaşından olacaq
459
12:38 / 17 Aprel 2025
3 şəhid dəfn olunacaq
64
12:18 / 17 Aprel 2025
Dneprə dron hücumu - Ölən və yaralananlar var
59
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.