Qaynar xətt:

(+99450) 247 90 86

Xanlar Vəliyev VƏZİFƏDƏN GETDİ 

CƏMİYYƏT

1489

08.04.2025, 19:23

Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin xidmətlərini yüksək qiymətləndirib.

Xanlar Vəliyevə Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildə Azərbaycanın Hərbi prokuroru vəzifəsinə təyin edilmişdi.